Şahzadə Diananın Con Travolta ilə rəqs edərkən geyindiyi paltar hərracda satılmadı - FOTO
Şahzadə Diananın Con Travolta ilə rəqs edərkən geyindiyi paltar hərracda satılmadı - FOTO
Şahzadə Diananın Ağ Evdə geyindiyi tünd göy rəngli məxmər paltarı Kerri Teylorun London hərracında alıcı tapmayıb. Geyimin hərracda 250 min - 350 min funt-sterlinqə satılacağı gözlənilirdi. Lakin paltar üçün təklif olunan məbləğ heç 200 min funt-sterlinqə çatmayıb.
Bu barədə "Daily Mail" xəbər yayıb.
Uels şahzadəsi Viktor Edelşteynin dizayn etdiyi gecə paltarını 1985-ci ildə rəsmi tədbirdə geyinmişdi. Onun həmin tədbirdə məşhur Hollivud ulduzu Con Travolta ilə rəqsinin görüntüləri bütün dünyada yayılmışdı.
Qeyd edək ki, 1997-ci ildə - ölümündən iki ay əvvəl şahzadə Diana həmin paltarı QİÇS xəstələri üçün xeyriyyə məqsədilə hərracda 100 min funt-sterlinqə satmışdı. Həmin vaxt paltarı floridalı biznes-ledi Morin Dankel almışdı.
Lakin 2011-ci ildə o, müflis olarkən paltarı hərraca çıxarır. Geyim ancaq iki ildən sonra britaniyalı şəxs tərəfindən 240 min funt-sterlinqə alınır. Bu gün yenidən hərraca çıxarılan paltar hələlik alıcısını tapmayıb.
Yeri gəlmişkən, Con Travolta Ağ Evdə Reyqan ailəsi tərəfindən İngiltərədən gələn hörmətli qonaqların şərəfinə təşkil edilən o axşamı hələ də xatırlayır. Aktyorun sözlərinə görə, o, şahzadə ilə rəqs etmək şərəfinə nail olacağını bilmirdi.







Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb