Sakinlər "Azəristiliktəchizat"dan şikayətlənir: Qurumdan rəsmi CAVAB
Sakinlər "Azəristiliktəchizat"dan şikayətlənir: Qurumdan rəsmi CAVAB
Nizami rayonu, "Neftçilər" metrosu yaxınlığında Bəhruz Nuriyev ilə Bəkir Çobanzadə küçəsi ərazisindəki çoxmənzillli binaların sakinları istiliyin verilməməsindən şikayətləniblər.
Oxu.Az-ın məlumatına görə, ərazidə yaşayan sakin artıq beş gündür ki, istiliyin olmadığını, bununla bağlı "Azəristiliktəchizat" ASC-nin müraciətlərinə cavab vermədiyini bildirir.
Şikayətçi pandemiya şəraitində belə bir vəziyyətin qəbuledilməz olduğunu söyləyir.
"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, həmin ərazi üzrə magistral istilik xəttində qəza baş verib və axıntı yaranıb:
"Hazırda "Azəristiliktəchizat" ASC-nin əməkdaşları hadisə yerindədir. Müvafiq ərazi üzrə səhər saatlarında da işlər davam etdirilib. Qəzanın aradan qaldırılması istiqamətində texnika işlər görülür və borular dəyişdirilir. Axşam saatlarında işlərin yekunlaşması və istiliyin verilməsi gözlənilir".
O qeyd edib ki, hazırda qazanxana işləyir, sadəcə bir neçə binanın xətti bağlanıb.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR