Şakira hücuma məruz qaldı, həmin anları lentə aldı - ANBAAN VİDEO
Çöl donuzları tanınmış müğənni Şakiraya hücum edib.
Azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünya şöhrətli müğənni Şakira oğlu ilə parkda gəzərkən çöl donuzlarının hücumuna məruz qalıb. Hadisə Barselona şəhərində yerləşən bir parkda baş verib. Müğənni ağlayaraq yaşadığı qorxulu anları sosial şəbəkə hesabında paylaşıb.
O, baş verən hadisəni bu cür təsvir edib:
"Cib telefonum olan çantamı götürüb meşəyə doğru qaçmağa başladılar. Çantadakı hər şeyi qarışdırdılar."
Hücum nəticəsində Şakiranın çantası və telefonu zədələnsə də, özü və oğlu Milan heç bir xəsarət almayıb.
Ayşən Mirzəyeva
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]