Salyanda 33 şəhid ailəsi və müharibə əlilinə mənzillər verildi - FOTO
Salyanda 33 şəhid ailəsi və müharibə əlilinə mənzillər verildi - FOTO
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı davamı kimi, bu gün Salyan rayonundan 33 şəhid ailəsi və müharibə əlilinin mənzillə təminatı həyata keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Onlara Şirvan şəhərindəki 68 mənzilli yeni yaşayış binasından mənzillər verilib.
Yeni mənzillərlə təmin olunan vətəndaşlar ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin rifahının yaxşılaşdırılması üçün aparılan işlərdən razı qaldıqlarını bildiriblər. Onlar daim dövlətin qayğısı ilə əhatə olunduqlarına, bu gün isə müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişlənir.
Buna misal olaraq, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib.
Dövlət başçısının tapşırığına əsasən, bu il həmin kateqoriyalardan olan vətəndaşlara 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Cari ilin ötən dövründə onlardan 368 mənzil verilib.
Ümumilikdə, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 7970-dək mənzil və fərdi ev təqdim edilib.







Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb