Şamda düyü yeyənlərin nəzərinə - Həkimdən xəbərdarlıq
Rusiyalı həkim bağırsağa ziyan olan yeməkləri açıqlayıb.
KONKRET.az baku.ws-ə istinadən xəbər verir ki, yağlı qidaların, qızardılmış yeməklərin, karbohidratların, məsələn, ağ düyünün olması həzm prosesini ləngidə bilər və bu da bağırsaqlarda narahatlığa səbəb olur. Belə qidaların xüsusilə günün ikinci yarısında yeyilməsi daha ziyandır.
İnsanların bağırsaq sağlamlığını yalnız gündüz deyil, həm də yatmadan əvvəl qorumağa çalışması vacibdir.
Proktoloq, onkoloq və cərrah Elena Smirnova Telegram kanalında izah edib ki, qızardılmış yeməklərdən qaçınmaq lazımdır. Bu cür qidalar bağırsaqların selikli qişasını qıcıqlandırır, həmçinin artıq qazların yaranmasına və qəbizlik probleminə səbəb olur.
Bəs hansı hallarda tərəvəzlərin istehlakı bağırsaqların işini pisləşdirə bilər?
Ümumiyyətlə, bu, insanın qidada lifli tərəvəzlərin miqdarını birdən artırması halında baş verir. Gün ərzində tövsiyə edilən 30 qram lif təxminən 400-500 qram tərəvəz və meyvələrə bərabərdir.
Həkim qeyd edib ki, tərəvəz və meyvələrdən sonra bağırsaqlarda narahatlıq hissi yalnız bağırsaqlarda iltihab prosesi gedəndə müşahidə olunur.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi