"Samsung" işçilərini ChatGPT-yə görə qovmaqla hədələdi
"Samsung" işçilərini ChatGPT-yə görə qovmaqla hədələdi
"Samsung Electronics" işçilərinə ChatGPT kimi çat-botlardan iş cihazlarında istifadə etməyi qadağan edib.
Bu barədə xidməti məktublardan məlum olub.
Qərara səbəb bir müddət öncə şirkətin daxili mənbə kodunun sızdırılması olub.
"Yeni qaydalara əsasən, şirkətə məxsus kompüterlərdə, planşetlərdə və telefonlarda, həmçinin daxili şəbəkələrdə generativ süni intellekt sistemlərinin istifadəsi qadağan edilir", - deyə məktubda bildirilib.
Şəxsi cihazlarda süni intellektdən istifadə edən işçilərə isə sistemlərdə şirkətlə bağlı məlumatları yerləşdirməmək istənilib.
Xatırladaq ki, bir müddət öncə ChatGPT kimi çat-botların gizli təhlükəsi açıqlanıb.
Martın sonunda sahibkar İlon Mask da daxil olmaqla, süni intellekt sahəsində mindən çox mütəxəssis neyron şəbəkəsi üzrə təlimlərin dayandırılmasına çağırıb. "Twitter"in sahibi, həmçinin ABŞ-də süni intellektə nəzarət edən agentliyin yaradılmasını təklif edib.
Mənbə: Bloomberg / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR