Savaş bitməyəcək, çünki Putinlə Zelenski...
Ağ Ev rəhbəri etiraf edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək əvvəllər düşünüldüyü qədər sadə və tez deyil.
KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bir zamanda bitirə biləcəyinə inandığını paylaşıb.
Ancaq məlum olub ki, bunu etmək o qədər də asan deyil, Ağ Ev rəhbəri bu sözləri "77 WABC" radiosuna müsahibəsində bildirib.
ABŞ prezidenti bir daha bəyan edib ki, ikinci prezidentlik müddəti başlayandan bu yana, guya o, yeddi müharibəyə son qoymağa nail olub. Üstəlik, onun sözlərinə görə, bəzilərinin ömrü 30 ildən çox olub.
Tramp etiraf edib ki, o, əvvəllər Kreml diktatoru Vladimir Putinlə yaxşı anlaşdığı üçün Rusiyanın Ukraynaya qarşı müharibəsini həll etməyin onun üçün asan olacağına inanıb.
Ağ Ev rəhbəri paylaşıb ki, artıq sülhün çox yaxın olduğunu düşünəndə Kreml rəhbəri Ukraynaya raket və dronlarla hücum edir.
"Əslində, mən çox təəccüblənirəm. Bu işin kifayət qədər tez həll olunacağını dedim. Amma çətindir, Putinlə Zelenski arasında böyük nifrət var, bildiyiniz kimi, çoxlu düşmənçilik və çoxlu qan tökülüb", – Tramp bildirib.
O, həmçinin əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə hər həftə "5 ilə 7 min arasında insan" həlak olur.
Dəniz Pənahova
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib