Saxta spirtli içkilərin hansı FƏSADLARI VAR?

Saxta spirtli içkilərin hansı FƏSADLARI VAR?</p> 
 <p>Son zamanlarda spirtli içkinin təsiri altında cinayət hadisələri törədən şəxslərin sayı artmaqdadır. Təqsirləndirilən şəxslərin bir çoxu hadisənin törədərkən anlaqsız vəziyyətdə olduqlarını qeyd edirlər. Bununla yanaşı, spirtli içkidən zəhərlənənlərin də sayı xeyli çoxdur.
KONKRET.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, son bir ildə ölkəmizdə etanoldan (alkoqollu içkilər) 124 nəfər zəhərlənib.
Spirtli içki qəbul edib, xoşagəlməz əməllər törədən şəxslərin artması isə iki ehtimalı gündəmə gətirir.
Bir çox şəxslərin fikrincə, spirtli içkinin təsiri altında cinayətlərin artmasının əsas səbəbi şəxslərlə bağlıdır. Yəni bəzi şəxslərin spirtli içki qəbul etdikdə 180 dərəcə dəyişməsi xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur.
Əksəriyyət isə düşünür ki, problemin başlıca səbəbi spirtli içkilərin keyfiyyətsizliyidir. Belə ki, kustar üsullarla hazırlanan, keyfiyyətsiz içkilər insanların sinir sisteminə ağır təsirlər göstərir. Bu cür içkiləri qəbul edən şəxslərdə aqressiya, unutqanlıq kimi hallar üzə çıxır. Nəticədə, cinayət hallarının baş verməsi ehtimalı da artır…
İçkinin saxta olduğunu necə müəyyənləşdirək?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, saxta spirtli içki içmiş adam iki cür hallarda həmin vəziyyəti hiss edir:
"Birincisi, gecədən səhərə qədər susayır. Bu o deməkdir ki, içdiyi spirtli içkinin tərkibində aldehidlərin sayı çoxdur. Aldehidlər spirtdən daha çox uçucudur və o, susuzluq gətirir. İkincisi isə, yuxudan oyananda baş ağrısı, gicəllənməsi, gözlərdə şişkinlik varsa, deməli saxta spirtli içki qəbul edib. Bu o deməkdir ki, həmin içkinin tərkibində "sivuş" yağlarının miqdarı normadan çox olub və yaxşı təmizlənməyib. Regionlarda deyirlər ki, guya "samaqon" daha yaxşıdır. Bu, kökündən yanlış fikirdir. Çünki onlar "sivuş" yağlarından azad olmayan içkilərdir".
E.Hüseynov bildirib ki, Azərbaycanda ən rahat istehsal olunan spirtli içki ağ araqlardır:
"Çünki araqların istehsalı üçün xüsusi üzüm bağları salmaq və onun əziyyətini çəkmək tələb olunmur. 2015-ci ildə araq istehsalı üçün guya lisenziyalar ləğv olundu. Bu biznes qurumlarının işinə yarayan məsələ idi. Lakin şirkətlər bundan sui-istifadə etdilər. O vaxta qədər Azərbaycanda 19 araq istehsalçısı var idisə, artıq bu rəqəm 90-a yaxındır. Spirtli İçki İstehsalçıları Birliyi baş nazirə yerli və xaricdən gələn spirtli içkilərə nəzarət barədə müraciət edib. Təəssüf ki, hələ radikal qərarlar qəbul edilməyib.
Ölkənin əmtəə bazarında çoxlu saxta spirtli içki var.
Bu işi ən yaxşı görən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsidir. Xatırladım ki, onlar beş il bundan əvvəl lüks restoranlarda ən bahalı içkilərin butulkalarına əslində Azərbaycanda mayelər doldurulduğunu sübut etdilər. Çox təəssüf ki, adıçəkilən qurum bu işi davamlı həyata keçirmədi".

Sağlamlıq       Tarix: 04 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri yeni xeberler son xeberler gunun xeberleri xeber.az bu gun metbuat xeberleri dunyada son xeberler