Səbirsiz insanlar üçün əsəbləri sakitləşdirən yeməklər açıqlandı - SİYAHI

Səbirsiz insanlar üçün əsəbləri sakitləşdirən yeməklər açıqlandı - SİYAHISəbirsiz insanlar üçün əsəbləri sakitləşdirən yeməklər açıqlandı - SİYAHI
"Kükü və bəzi digər yeməklər əsəbləri gücləndirmək üçün yaxşı təsir göstərir".
Bu barədə rusiyalı nevroloq Almira Gimranova sinir sisteminin sağlamlığı üçün yeməklər barədə danışarkən bildirib.
Həkimin sözlərinə görə, sinir sistemi daimi dəstək tələb edir, çünki bədənin digər sistemlərinin necə işləyəcəyi ondan asılıdır.
O, əsəbləri sakitləşdirmək və sinir sistemini gücləndirmək üçün faydalı məhsullardan müxtəlif menyu hazırlamağı tövsiyə edib.
Təzə tərəvəz salatı
Səbirsiz insanlar üçün əsəbləri sakitləşdirən yeməklər açıqlandı - SİYAHIHəkim bildirib ki, pomidor, xiyar, bibər, qoz-fındıq, müxtəlif tumlar, göyərti, bitki yağı və limon suyu əlavə edilmiş salat orqanizmi "C", "E", "B" vitaminləri və maqnezium, kalsium, kalium, fosfor kimi sinir sistemini gücləndirən mikroelementlərlə doyuracaq, həmçinin əhvali-ruhiyyəni yaxşılaşdıracaq.
Kükü
Səbirsiz insanlar üçün əsəbləri sakitləşdirən yeməklər açıqlandı - SİYAHIMütəxəssisin sözlərinə görə, bərk pendirli, göyərtili omlet beynin, həmçinin sinirlərin fəaliyyətinə töhfə verən protein, "B" vitaminləri və kalsiumla zəngindir.
Kartof və yerkökü ilə balıq şorbası
Səbirsiz insanlar üçün əsəbləri sakitləşdirən yeməklər açıqlandı - SİYAHINevroloq balığın tərkibində yaddaş və düşüncəni yaxşılaşdıran fosfor, yod və doymamış yağ turşuları olduğunu xatırladıb, həmçinin kartof və yerkökünün bədəni beyin üçün əsas enerji mənbəyi olan qlükoza ilə təmin etdiyini vurğulayıb.
Süd və ya kefir ilə qarabaşaq yarması sıyığı
Səbirsiz insanlar üçün əsəbləri sakitləşdirən yeməklər açıqlandı - SİYAHIGimranova bildirib ki, qarabaşaq yarmasının tərkibində əzələ və sinirləri rahatlaşdıran maqnezium, fosfor və "B" vitaminləri var. Süddə də, kefirdə də qalxanvari vəzinin, həmçinin sinir sisteminin işini tənzimləyən kalsium və yod var.
Sinir sistemi üçün zərərli yeməklər
Səbirsiz insanlar üçün əsəbləri sakitləşdirən yeməklər açıqlandı - SİYAHIHəkim xəbərdarlıq edib ki, bəzi qidalar sinir sisteminə mənfi təsir edərək qıcıqlanma, oyanma və ya depressiyaya səbəb ola bilər. Mütəxəssis bu məhsulların arasında kofeinin adını çəkərək bildirib ki, o, orqanizmdə adrenalin və noradrenalin - stres hormonlarının istehsalını artırır.
"Həddindən artıq kofein qəbulu narahatlıq, təlaş, yuxusuzluq, başağrısı və ürək döyüntüsünə səbəb ola bilər. Kofein təkcə qəhvədə deyil, çay, kola, enerji içkiləri və şokoladda da var".
Onun sözlərinə görə, sinir sistemi alkoqol (reseptorların fəaliyyətini pozur), nikotin (zövq hormonlarının, sonra isə stres hormonlarının istehsalını artırır), şəkər (qan qlükozasında sıçrayışlar sinirlərə zərər verən iltihablı proseslərin inkişafına səbəb olur) tərəfindən zədələnir.
"Yağlı və qızardılmış qidalar sinir sisteminə mənfi təsir göstərir. Belə məhsullar orqanizm tərəfindən çətin həzm olunur və disbakterioz, qəbizlik, həmçinin zəhərlənməyə səbəb ola bilər. Bütün bunlar sinir sisteminin işinə zərər verir, çünki bağırsaqlarla beyin arasında sıx əlaqə var. Bundan əlavə, yağlı və qızardılmış qidaların tərkibində trans yağlar var ki, bu da qanda xolesterinin səviyyəsini artırır və beyinə qan tədarükünü pisləşdirir", - deyə Gimranova xəbərdarlıq edib.
Xatırladaq ki, bundan əvvəl kolbasa və sosis kimi emal edilmiş ət istehlakının orqanizm üçün zərərsiz dozası barədə məlumat yayılıb.
Mənbə: Lenta.ru / oxu.az

Maraqlı       Tarix: 20 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeber 2026 son xeberler azerbaycan xeber.az son xeberler