Seçkilərə qatılan bütün partiyalara maliyyə ayrılacaq - SİYAHI+MƏBLƏĞ
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Deputat adı uğrunda 990 namizəd və 25 siyasi partiya mübarizə aparıb. 2023-cü ildə qəbul edilmiş "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanuna görə, seçkilərdə iştirak edən partiyalara dövlət tərəfindən maliyyə ayrılacaq.
Maraqlıdır, seçkilərdə iştirak edən partiyalar dövlətdən nə qədər vəsait alacaq?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Şəhla Cəlilzadə maliyyə bölgüsünün necə aparıldığını izah edib:
"Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində 990 nəfər deputat adı uğrunda mübarizə aparırdı. Qeydiyyatda olan 26 siyasi partiyadan 25-i, ümumilikdə 305 namizədlə seçkilərə qatılmışdı. YAP-ın bütün dairələrdən namizədi olduğu halda, digər 24 partiya ümumilikdə 181 şəxslə seçkilərdə təmsil olunurdu. AXCP isə seçkiləri baykot etmişdi. Parlamentdə müxalifətdən 10 partiya 13 nəfərlə təmsil olunacaq. Seçkiyə qatılan 25 partiyanın hər biri dövlətdən "Siyasi partiyalar haqqında" 2023-cü ildə qəbul edilmiş Qanuna görə maliyyə dəstəyi alacaqlar. Məlumdur ki, siyasi partiyalara 5 milyon manat vəsait ayrılıb. Ayrılan maliyyənin 5%-i seçkilərdə etibarlı səs qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyalara təqdim olunacaq. Bu o deməkdir ki, seçkilərdə qalib gəlməyən partiya nümayəndələrinə ümumilikdə 250 min manat maliyyə dəstəyi ayrılacaq. Daha dəqiq bölgünü müəyyən etmək üçün onların seçkilərə qatılan namizəd sayına və seçki nəticələrinə baxmaq lazımdır".
Xatırladaq ki, seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, Azərbaycan Demokrat Partiyası 4, Azərbaycan Milli İstiqlal Partiyası 8, Ana Vətən Partiyası 7, Azad Vətən Partiyası 6, Ağ Partiya 18, Böyük Azərbaycan Partiyası 6, Böyük Qurtuluş Partiyası 1, Demokratik İslahatlar Partiyası 5, Gələcək Azərbaycan Partiyası 2, Haqq Ədalət Partiyası 5, Klassik Xalq Cəbhəsi Partiyası 10, Milli Cəbhə Partiyası 9, Milli Dirçəliş Hərəkatı Partiyası 1, Müasir Müsavat Partiyası 3, Müsavat Partiyası 26, Real Partiyası 12, Vətəndaş Həmrəyliyi Partiyası 17, Vəhdət Partiyası 5, Yeni Azərbaycan Partiyas 135, Yeni Zaman Partiyası 2, ÜMİD 17, Ədalət, Hüquq, Demokratiya Partiyası 11, Ədalət Partiyası isə 4 namizədlə təmsil olunurdu.
Seçkilərdə isə Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Hüquq və Demokratiya Partiyası 2, digər 8 partiyalardan isə (AVP, ADMP, AMİP, BAP, BQP, DİP, MİP, REAL) 1 nəfər mandat qazanıb. Beləliklə, 5 milyon vəsaitin 2,5%-i, yəni 125000 manatı parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər bölünəcək. Bu o deməkdir ki, 125 min vəsait parlamentə düşməyən 14 (yəni, iştirak edən 25-qalib gələn 11) partiya arasında bərabər bölünəcək və hər birinə 11 mindən artıq vəsait düşəcək. Daha 125000 manat vəsait isə həmin 14 partiya arasında aldıqları səsə uyğun olaraq bölünəcək".
Məlik Məlikov
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb