SECO: İsveçrə şirkətləri Azərbaycanın qeyri-enerji sektorunun inkişafında qiymətli tərəfdaş ola bilər
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesində İsveçrə şirkətləri qeyri-enerji sektorunun inkişafında qiymətli tərəfdaş ola bilər.
Milli.Az bildirir ki, bunu Trend-ə İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyindən (SECO) deyiblər.
Qeyd olunub ki, infrastruktur və nəqliyyat sektorlarında işləyən və bu sahədə böyük təcrübəsi olan İsveçrə şirkətləri tranzit qovşağı qismində Azərbaycanın inkişafına mühüm töhfə verə bilər:
"İsveçrə ilə Azərbaycan arasında ikitərəfli iqtisadi münasibətlər yüksək səviyyədədir, amma gələcək inkişaf üçün də böyük potensial var. 2018-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 260,8 milyon dollara çatıb. Bundan başqa, iki ölkə arasında münasibətləri uzunmüddətli texniki-iqtisadi əməkdaşlıq möhkəmləndirir. Bu gün İsveçrənin texniki yardımı kompleks makroiqtisadi islahatlara yönəlib. İsveçrə, həmçinin Azərbaycanın maliyyə sektorunun inkişafını dəstəkləyir. Bu il İsveçrə və Azərbaycanın iqtisadi inkişaf sahəsində əməkdaşlığının 20 ili tamam olur".
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar