Səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək

Səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək2025-ci il fevralın 24-də Pakistanın Baş naziri MəhəmmədŞahbaz Şərif Bakıya rəsmi dövlət səfəri edib. Ötən gün Prezident cənab İlhamƏliyevin və qonağı Məhəmməd Şahbaz Şərifin iştirakı ilə sənədlərin imzalanmasıvə mübadiləsi mərasimi olub. Prezident cənab İlham Əliyev və  Məhəmməd Şahbaz Şərifinin görüşü Azərbaycan-Pakistanəlaqələrinin inkişafı perspektivlərinə yenidən baxış imkanlarını göstərib.
İkidövlətin bir-biri üçün yerləşdikləri regionlarla bağlı strateji tərəfdaşolmaları üçün əlavə fürsət yaradıb.
Ölkə başçımız cənab İlham Əliyevin ikitərəfli görüşdəölkələr arasında güclü qardaşlıq əlaqələrindən bəhs edərək bildirdi ki, "Bu güngüclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Xalqlar arasında əlaqələr dəuğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında məlumatverildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizinnümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. Əzizqardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəldiyinizəgörə Sizə bir daha minnətdaram. Ölkə lideri kimi fəaliyyətinizdə davamlıuğurlar arzu edirəm. Sizin baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətənnəinki iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik sahəsindəvə Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi potensialında mühüm nəticələrverir. Bütün bunlar gərgin əməyiniz və heyətinizin işi sayəsində mümkünolmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, Baş nazir Şərifin müdrik rəhbərliyiilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlarkimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq."
SSRİ dağılandan sonra Azərbaycan 1991-ci il 18oktyabrında dövlət müstəqilliyini elan etdi. Bundan az sonra, yəni dekabrın 12-də Pakistan Azərbaycanındövlət müstəqilliyini tanıdı. Beləliklə Pakistan Türkiyədən sonra Azərbaycanınmüstəqilliyini tanıyan ikinci ölkədir. Eyni zamanda Pakistan Xocalı soyqırımınırəsmi olaraq tanıyan ilk ölkədir və Azərbaycanın işğal olunmuş torpaqlarınınazad edilməsi əməliyyatında Azərbaycanı açıq şəkildə dəstəkləyən ölkələrdənbiridir. Həmçinin Pakistan Senatının Xarici əlaqələr Komitəsi Xocalı faciəsinigenosid kimi tanımışdır.
Pakistanın Azərbaycana münasibətində önəmli faktlardanbiri də budur ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qətimövqeyini bildirib. Azərbaycana dəstək verərək və həmrəyliyini bildirərək bugünə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Onu bir dövlət kimitanımayıb.
Biz beynəlxalq təşkilatlarda hər zaman bir-birimizinmövqeyini dəstəkləyən dost ölkələrik. Pakistan bütün beynəlxalq platformalardaAzərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Ermənistanın ərazilərimizinişğalının dayandırılmasını tələb edib. Müstəqilliyə yenidən qovuşandan sonradövlət başçılarımız mütəmadi olaraq qarşılıqlı səfərlər edir və müxtəlifplatformalarda ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsiaparırlar.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci iliyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daiminkişaf etdirilib və bugünkü müttəfiqlik səviyyəsinə çatdırılıb. 1993-cü ilinmart ayında Pakistanın Bakıda, 1997-ci ilin avqust ayında isə Azərbaycanınİslamabadda səfirlikləri fəaliyyətə başlayıb. 1993-cü ilin aprel ayının 30-daBMT Təhlükəsizlik Şurasında qəbul edilmiş, erməni qoşunlarının Azərbaycantorpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 nömrəli qətnamənin qəbulolunduğu iclasa da Pakistan sədrlik edib və qətnamə Pakistan hökumətininbirbaşa təşəbbüsü və səyi nəticəsində qəbul olunub.
İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycanxalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında KasablankadaPakistanın o vaxtkı Baş naziri Benazir Brutto ilə görüşündən sonra başlayıb. Bugörüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. AzərbaycanPrezidenti cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəmverir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslananyüksək səviyyəli münasibətlər saxlayır. Ölkələrimiz strateji tərəfdaşdır. Keçənil Prezident cənab İlham Əliyev Pakistana dövlət səfəri çərçivəsində xüsusidiqqətlə qəbul edilmişdi. Belə qəbullar hər dövlət başçısının şərəfinə təşkiledilmir. Bu, bizim bir-birimizə nə qədər yaxın və doğma olduğumuzunnümayişidir. Baş nazir Məhəmməd Şahbaz Şəriflə Prezident İlham Əliyev arasındaikitərəfli və geniş tərkibdə görüşlər keçirildi və bir sıra sənədlər imzalandı.Dövlət başçılarımızın mətbuata verdiyi açıqlamalarda Prezident İlham ƏliyevPakistana 2 milyard dollardan artıq sərmayənin yatırılmasına hazır olduğumuzu vəbunun üçün tələb edilən məsələlərin bir ay ərzində müəyyən edilməsi üçün tapşırıqlarverildiyini bildirdi.
Hökumətlərarası komissiyalarda və biznes forumlardaqarşılıqlı investisiya imkanları müzakirə olunur. Azərbaycan və Pakistansiyasi, iqtisadi, hərbi-müdafiə, humanitar və mədəni sahələrdə əməkdaşlıq edir.Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyətverir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır.
İki ölkə arasında humanitar sahədə əlaqələrininkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. 2015-ci ildə Azərbaycanınbirinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva"Hilal-e Pakistan" ordeni ilə təltif edilmişdir. Ali məktəblərimiz arasında da əməkdaşlıqvar və qarşılıqlı şəkildə ölkələrimizə həsr edilmiş kafedralar yaradılıb.Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri çərçivəsindədövlət başçılarımız arasında aparılmış müzakirələr və imzalanmış sənədlər ölkələrarasıəlaqələrin inkişafına yeni impuls verəcək. Bəli, Azərbaycan və Pakistanındostluğu əbədi və sarsılmazdır.
Rafiq Məmmədov,Əməkdar müəllim / azxeber.com

Siyasi       Tarix: 26 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video maraqlı xəbərlər qarabag xabarlar