Səfəviləri dəhşətə salan xəstəlik qayıtdı: ölənlər var – Bakı nə edəcək?
Rusiyada taun xəstəliyi ilə bağlı yayılan məlumatlar ölkədə ciddi narahatlığa səbəb olub. İddialara görə, taun üzrə araşdırmaların aparıldığı elmi müəssisədə çalışan 28 yaşlı Darya Şipilova bakteriya nümunəsinin saxlanıldığı sınaq şüşəsini təsadüfən sındırdıqdan sonra həyatını itirib. Sözügedən olaydan sonra Qırğızıstan, Qazaxıstan və Özbəkistan sərhədlərdə sanitar-epidemioloji nəzarəti gücləndirib.
Taun və vəba xüsusilə orta əsrlərdə tüğyan edərək milyonlarla insanın ölümünə səbəb olub. Təkcə Səfəvilər dövlətində 100 minə yaxın insanın taun və vəbadan öldüyü bildirilir.
Xəstəliyin yenidən qısa müddətdə geniş yayılması mümkündürmü? Azərbaycana hansı addımları ata bilər? Sözügedən xəstəliklər bu gün də orta əsrlərdəki kimi qorxulu xəstəlikdirmi?
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, burda söhbət vəbadan yox, taundan gedir:
"Bunlar tamamilə fərqli infeksiyalardır. Bəzən tərcümələrdə taun vəba kimi təqdim olunur. Hər ikisi karantin infeksiyasıdır. Xüsusi təhlükəli dörd infeksiyadan biri vəba, biri taun, digərləri isə sarı qızdırma və təbii çiçəkdir. Təbii çiçəyin vaksinasiyaya görə kökü kəsilib, amma bu, təhlükənin tamamilə aradan qalxdığı anlamına gəlmir. Hazırda Rusiyanın İrkutsk şəhərində taun əleyhinə institutun 28 yaşlı əməkdaşının ölümü ciddi suallar doğurur. Taun Yersinia pestis bakteriyasının törətdiyi xəstəlikdir və bəşəriyyət tarixində dəfələrlə pandemiyalara səbəb olub. Onun üç əsas forması var: bubon, ağciyər və septik. Bubon formasında limfa sistemi zədələnir və irinli şişkinlik yaranır. Ağciyər forması daha təhlükəlidir və İrkutskda ölən şəxsin də bu formaya yoluxduğu bildirilir. Üçüncü forma isə septik taunudur".
Professor bildirib ki, taun təbii ocaqlarda, əsasən gəmiricilər arasında mövcuddur:
"Siçanlar, digər gəmiricilər, bəzi heyvanlar, hətta səhralarda dəvələr bu xəstəliyə yoluxa bilər. Xəstə heyvanların ətindən istifadə də yoluxmaya və kütləvi yayılmaya səbəb olur. Buna görə də təbii ocaqlarda hər il ayrı-ayrı taun xəstəlikləri və ölüm halları qeydə alınır. İrkutskda baş verən hadisənin hansı səbəbdən qaynaqlandığı hələ tam aydın deyil. Bunun təbii ocaqla əlaqəli olması ehtimalı ilə yanaşı, təxribat versiyası da istisna edilmir. Yaxın zamanda məsələnin aydınlaşacağı gözlənilir.
Taunun Azərbaycanda da olması mümkündür. Ölkəmizdə təbii ocaqlar və taun əleyhinə stansiya var. Ona görə də lazımi tədbirlər görülməli, nəzarət gücləndirilməli, xüsusilə transsərhəd keçid zonalarında diqqət artırılmalıdır. Antibiotiklərin meydana çıxmasından sonra taunla mübarizə xeyli asanlaşıb. Buna baxmayaraq, geniş yayılma halında ciddi tələfatın baş verə biləcəyini nəzərə alaraq, məsələyə ciddi yanaşmaq vacibdir".

Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Rəşad Nəbiyev: 'İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Bu vətəndaşların kredit borcu silinəcək
AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR
Türkiyənin tanınmış hakimi həbs edildi
"Bitcoin" 190 min dolları keçə bilər
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin - Fotosu
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir