Səfirlik: Türkiyədən təxliyyə edilən azərbaycanlı tələbələr Bakıya gətiriləcək - YENİLƏNİB

Səfirlik: Türkiyədən təxliyyə edilən azərbaycanlı tələbələr Bakıya gətiriləcək - YENİLƏNİBSəfirlik: Türkiyədən təxliyyə edilən azərbaycanlı tələbələr Bakıya gətiriləcək - YENİLƏNİB
Elazığdan tələbələrimizi daşıyan ilk avtobus Naxçıvana doğru yola çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "Twitter" səhifəsində bildirilib.
Elazığdan tələbələrimizi daşıyan ilk avtobus Naxçıvana doğru yola çıxdı. pic.twitter.com/oelDyPCGdc
— AzEmbassyTurkey (@AzEmbassyTurkey) 25 января 2020 г.
16:30
Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr avtobuslarla Naxçıvana aparılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "Twitter" səhifəsində bildirilib.
Qeyd olunub ki, tələbələr daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər.
Avtobuslarla Naxçıvana aparılacaq tələbələrimiz, Ali rəhbərliyin tapşırığı ilə daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər.
— AzEmbassyTurkey (@AzEmbassyTurkey) 25 января 2020 г.
15:46
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyəsinə başlanılıb".
Bunu APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədov deyib.
Onun sözlərinə görə, Elazığ və Malatyada təhsil alan Azərbaycan vətəndaşları olan tələbələr məlumatlandırılıb və onların təxliyəsi üçün avtobuslar ayrılıb.
M. Məmmədov bildirib ki, yalnız tələbələr deyil, zəlzələ ərazisində yaşayan digər Azərbaycan vətəndaşları da bu avtobusların xidmətindən istifadə edə biləcək: 
"Hazırda bir avtobus Elazığa yaxınlaşmaqdadır. Tələbələr Malatya və Elazığdan Naxçıvana aparılacaq. Sənədləri qaydasında olmayan vətəndaşlarımıza Qars Baş Konsulluğu tərəfindən yardım göstəriləcək".
M. Məmmədov vurğulayıb ki, tələbələr arasında zəlzələdən zərərçəkən olmayıb. 
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib.
Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.
Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  
Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub. /oxu.az

Sosial       Tarix: 25 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı ( )  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmı

Bakıda kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiy

Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır

Paytaxtda daha iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, vətəndaşların raha

Qızılın son qiyməti açıqlandı

Dünya birjalarında qızılın qiyməti yüksək səviyyələrdə qərarlaşmaqda davam edir. Qlobal bazarlardakı bu bahalaşma tendensiyası Azərbaycanın yerli zərgərlik bazarındakı qiymətlərə də öz təsirini göstərib. yenisabah-a istinadə

"Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təhsil sisteminin rəqəmsal transformasiyası əsas müzakirə mövzularında

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Autizmli uşaqlara qarşı davranış qaydaları: Hər kəs bunları bilməlidir

Xəbər verdiyimiz kimi, dünən Bakıda liftə minmək istəyən autizm sindiromlu azyaşlıya qarşı zorakılıq edilib. Qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan hadisə cəmiyyətdə autizmli şəxslərə münasibət və ictima

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videolar


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeber sou biznes az xeber cəbhədən son xəbər