Səhər yeməyini ləğv edin

Səhər yeməyini ləğv edinSəhər yeməyini ləğv edin
Bizə həmişə deyiblər ki, səhər yeməyi – günün ən vacib yeməyidir, lakin məşhur amerikalı həkim, tibbi tok-şounun Türkiyə əsilli populyar aparıcısı Mehmet Öz insanları məcburi səhər yeməyindən imtina etməyə çağırır.
Radikal ideya kimi gələn "səhər yeməyini ləğv etmə"li olmağımız fikri TMZ nəşrinə müsahibəsi zamanı planlarını açıqlayan amerikalı teleaparıcı, həkim Mehmet Öz tərəfindən səsləndirilib.
"İndependent" qəzeti onun müsahibəsini dərc edib.
"Mən düşünürəm ki, 2020-ci ildə etməyə hazırlaşdığım şeylərdən ilki səhər yeməyinə son qoymaq olacaq", - həkim bildirib:
"Mən bizə səhər yeməyinin lazım olduğunu düşünmürəm və bunu reklam hiyləsi hesab edirəm. Təəssüflər olsun ki, onillərdir bizi bəslədikləri bir çox doqmalar reklamlara görədir. Əslində, onlar bizim sağlamlığımız haqqında həqiqətə əsaslanmır".
Həkim Özün sözlərinə görə, bizim üçün "ən ağıllısı" – "səhər yeməyini ləğv etmək və ilk dəfə, həqiqətən, acdığımız vaxt yeməkdir".
"Gündəlik səhər yeməyini ləğv edin", - bir çox hallarda insanların səhər tezdən oyanarkən hətta ac olmadığını qeyd edən tok-şou aparıcısı deyib.
Səhərlər aclıq hiss edənlərlə bağlı isə həkim Öz bunun, çox güman ki, şam yeməyində sağlam qidalardan imtina və "fastfood"la qidalanma səbəbindən olduğunu söyləyib.
"Siz ac belə deyilsiniz, sizdə imtina reaksiyası gedir, çünki axşam saat 10-da kartof cipsləri və ya kartof friləri kimi super karbohidratlar yemisiniz" həkim bildirib.
"Bu, bədəninizdəki insulinin tamamilə dağılması anlamına gəlir. Ertəsi gün səhər saatlarında insulinin qeyri-sağlam kəskin bərpası baş verir və özünüzü ac hiss edirsiniz. Bu aclıq hissi, narkomanlarda olan abstinensiya hissini xatırladır. Siz öz dərmanınızı qəbul etməlisiniz, bu isə karbohidratlardır".
Özün tövsiyələri aralıq oruc ətrafında böyüyən pəhriz tendensiyası fonunda ortaya çıxır. Bu praktikanı tətbiq edənlər gündəlik olaraq 14-16 saat ərzində qidadan imtina edirlər.
Aralıq orucun digər növləri qidadan tamamilə imtina etmək və ya həftədə iki gün ərzində bir neçə yüz kalori istehlakının qorunmasıdır.
Arıqlamaq üçün səhər məşqinə qədər səhər yeməyini buraxın
"Həyatdan asılı olmağımız gərəkdiyi halda amerikalıların böyük hissəsi qidadan asılıdır", - 59 yaşlı həkim əlavə edib.
Son illərdə aparılan bir sıra tədqiqatlar göstərir ki, səhər yeməyi bir insanın bədən çəkisinə, metabolizm səviyyəsinə, xolesterol və ya qan şəkəri səviyyəsinə, demək olar ki, təsir göstərmir. Bununla yanaşı, digər tədqiqatlar səhər yeməyini buraxmağın ürək-damar xəstəlikləri, diabet və piylənmə riskinin artması ilə əlaqəli olduğunu ehtimal edir.
Beləliklə, aparılan tədqiqatlar səhər yeməyinin ürək xəstəlikləri və piylənmənin tezliyini azaltmaq qabiliyyətinə təsiri barədə qəti nəticələr vermədi, çünki bəzi tədqiqatlar qida qəbulunun faydalı ola biləcəyini, digərləri isə bunun böyük əhəmiyyət daşımadığı göstərdi.
Mütəxəssislərin əksəriyyəti belə qənaətə gəlib ki, səhər yeməyi fakultativ xarakter daşımalıdır. Belə ki, səhər yeməyini yeyənlər üçün onun sağlamlığa olan faydaları səhərlər yeməyənlərdən üstün olmur.
"Səhər yeməyinə davam etməlisinizmi?" məsələsinə gəldikdə isə əgər sağlam, balanslı səhər yeməyinə üstünlük verirsinizsə o zaman həkim Öz buna davam etməyinizi təklif edir – lakin bir qədər sonra.
Həkim Öz, həqiqətən, acana qədər bir neçə saat gözləmənizi və sadəcə, səhər yeməyi yeməyə məcbur olduğunuz üçün deyil, məhz acdıqdan sonra səhər yeməyi yemənizi tövsiyə edir. O, səhər yeməyini səhər yeməyində yeməyi təklif edir.
"Səhər yeməyi üçün yeni tendensiya gec səhər yeməyidir. Siz bunu lazımi vaxtda və düzgün etməlisiniz", - həkim Öz bildirib.
"Səhər yeməyinizi bir neçə saat geri çəkin, o zaman xoşbəxt olacaqsınız", - deyə əlavə edib.
Sevinc İbrahimova  /oxu.az

Maraqlı       Tarix: 27 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun ən son xəbərlər bugün en son xeberler bu gun apa.az xeberler