Şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olundu - FOTOLAR
Naftalanda ŞİH-nin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Naftalan şəhəri üzrə təltif olunmuş bir qrup hərbi qulluqçunun medallarının təqdim edilməsi mərasimi keçirilib.
Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə ŞİH başçısının müavini ilk olaraq iştirakçıları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqları vurğulayıb.
Sonda Şəhid ailəsinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub, iştirakçılar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.





Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR