Şəhid ailələrinə verilən evlərlə bağlı AÇIQLAMA – FOTO

Şəhid ailələrinə verilən evlərlə bağlı AÇIQLAMA – FOTO Şəhid ailələrinə verilən evlərlə bağlı AÇIQLAMA – FOTO
Ağdaş rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş bəzi fərdi evlərin guya keyfiyyətsiz, yaşayış üçün yararsız, yarımçıq  halda tikilərək sahiblərinə təqdim edildiyi barədə yayılan məlumat həqiqəti əks etdirmir. 
Bu barədə Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.
O bildirib ki, Ağdaş rayon sakinləri Baxşəli və Tərlan Səfərovlar üçün fərdi evlərin ötən ilin dekabr ayında inşası yekunlaşıb, müasir tələblərə uyğun yaşayış şəraitinə malik evlər kimi təhvil-təslim aktları əsasında onlara təqdim olunub:
"Mənzillərin bütün lazımi aksessuarlarla, kommunal sistemlə təchizat işləri də aparılıb. Evləri təhvil alan şəxslər də həmin vaxt evlərin inşasından, evlərdə yaradılmış yaşayış şəraitindən, evlərdəki təchizatdan razılıqlarını ifadə ediblər. Bu razılıqlarını təhvil-təslim aktlarında da öz imzaları ilə təsdiqləyiblər.  
Təhvil verilərkən evlərin, mənzillərdə yaradılmış şəraitin fotoları çəkilib. Təqdim etdiyimiz həmin fotolarda da aydın görmək olar ki, evlər təhvil verilərkən onlarda normal şərait, təchizat olub. Müqayisə etdikdə aydın görmək olur ki, həmin mənzillərdə sonradan belə acınacaqlı vəziyyət yaradılıb, divar kağızları da qəsdən qoparılıb, divarlara, qapılara da ziyan vurulub. Evlərdə quraşdırılmış aksessuarlar da sonradan sökülüb. Görünən bəzi nöqsanlar, fəsadlar isə evlər təhvil verildikdən sonra onlarda uzun müddət yaşayış olmaması, evlərin uzun müddət sahibsiz, baxımsız buraxılması səbəbindən yaranıb".
M.Həşimov onu da əlavə edib ki, vətəndaşın günahı ucbatından yaranmış həmin nöqsanların da aradan qaldırılması üçün cari təmir işləri görülməsi üçün aidiyyəti podratçı şirkətə tapşırıq verilib:
"Vətəndaşlar tərəfindən məsuliyyətsizcəsinə belə yalan məlumatın verilməsi böhtan xarakteri daşıyır. Məlumatdakı süjetdə eyni zamanda bəzi ətrafı hasarlanmamış, yarımçıq fərdi evlər də göstərilir.  Onlar 2016-cı ildə podratçı şirkət tərəfindən müvafiq dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi nəticəsində yarımçıq, yararsız halda tikilmiş, bu səbəbdən hələ təhvil verilməmiş evlərdir. Bu səbəbdən həmin şirkət rəhbəri hazırda həbsdədir".
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişlənir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara 2020-ci ildə də əvvəlki ilə nisbətən 70 faiz çox olmaqla 1572 mənzil və ya fərdi ev təqdim olunub. 
Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə isə  11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək. Bu ilin planı üzrə həmin kateqoriyalardan olanlara artıq 420, ümumilikdə indiyədək 9620 mənzil və fərdi ev verilib. Cari ildə onlar üçün 450 fərdi ev də tikilərək təqdim olunacaq.
Şəhid ailələrinə verilən evlərlə bağlı AÇIQLAMA – FOTO Şəhid ailələrinə verilən evlərlə bağlı AÇIQLAMA – FOTO Şəhid ailələrinə verilən evlərlə bağlı AÇIQLAMA – FOTO Şəhid ailələrinə verilən evlərlə bağlı AÇIQLAMA – FOTO Şəhid ailələrinə verilən evlərlə bağlı AÇIQLAMA – FOTO Şəhid ailələrinə verilən evlərlə bağlı AÇIQLAMA – FOTO Şəhid ailələrinə verilən evlərlə bağlı AÇIQLAMA – FOTO Şəhid ailələrinə verilən evlərlə bağlı AÇIQLAMA – FOTO

Sosial       Tarix: 15 may 2021
f Paylaş

Oxşar xəbərlər

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri son xeberler yeni xeberler hava durumu bugunun xeberleri bugünki xəbərlər butun xeberler