"SƏHNƏDƏ!" müsabiqəsi böyük qala konsertlə canlı yayımlanacaq

Ötən aylardan etibarən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "SƏHNƏDƏ!" müsabiqəsi böyük final mərhələsinə çatdı. Respublikanın bütün şəhər və rayonlarından olan, xüsusi istedada malik gənc ifaçıları aşkar etmək, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək olmaq, vətənpərvərlik mövzusunda olan mahnıların gənc ifaçılar tərəfindən ifa edilməsi və gənclər arasında təbliği məqsədilə həyata keçirilən müsabiqə Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdə şəhərlərində keçirilən kastinq mərhələlərindən seçilən 10 iştirakçı ilə böyük qala konsertinə hazırlaşır.
Möhtəşəm final konserti 2 oktyabr saat 21:30-da Mədəniyyət Televiziyası vasitəsilə canlı yayımlanacaq.
Kastinq mərhələsində ölkənin musiqi sahəsində tanınan və peşəkar simalarının iştirakı ilə baş tutan müsabiqənin final konsertinin münsif kürsüsündə Sevda Ələkbərzadə, Pərviz İsaqov (ProMete), Zamiq Hüseynov, İlhamə Qasımova, Aytən İsmixanova, Natavan Həbibi, Muxtar Abseynov, Nərmin Kərimbəyova yer alacaqlar.
Qeyd edək ki, münsiflərin dəyərləndirməsi nəticəsində, xüsusi hazırlanmış şou-proqramla çıxış edəcək 10 istedadlı gəncdən 3 qalib müəyyən ediləcək. Seçilmiş gənc finalçıların hər biri ilə "RÄNG" leyblı arasında 1 illik prodüsserlik müqaviləsi imzalanacaq.
"SƏHNƏDƏ" müsabiqəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və RÄNG leyblın tərəfdaşlığı və "GəncSİMA" İB-nin təşkilatçılığı ilə keçirilir və bölgələr üzrə seçim  mərhələləri Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanırdı.

Sosial       Tarix: 02 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat xeberler bu qun qarabag bugünkü son xəbərlər