Səhvən maaşının 330 misli qədər pul aldı – Hamısı özündə qaldı

Çilidə bir şirkətin etdiyi ciddi səhv nəticəsində işçi adi maaşından 330 dəfə çox əməkhaqqı alıb. Maraqlısı isə odur ki, məhkəmə qərarına əsasən həmin məbləğ işçidə qalıb.
KONKRET.az Sfera.az-a istinadən bildirir ki, qeyri-adi hadisə Çilinin paytaxtı Santyaqoda baş verib. Latın Amerikasında qida istehsalı və paylanması ilə məşğul olan "Consorcio Industrial de Alimentos" (CIAL) şirkətinin işçisi 2022-ci ilin may ayında hesabına yatırılan maaşı yoxlayarkən böyük sürprizlə üzləşib.
Normalda 500 min Çili pesosu (təxminən 550 dollar) maaş almalı olan işçinin bank hesabına səhvən 165 milyon peso, yəni təxminən 180 min ABŞ dolları köçürülüb.
İşdən çıxıb, əlaqəni kəsdi
İlkin mərhələdə işçi səhv barədə işəgötürənə məlumat verib və vəsaitin geri qaytarılması üçün bankla şəxsən əlaqə saxlayacağına söz verib. Lakin bir neçə gün sonra o, şirkətlə əlaqəni tamamilə kəsib və işə gəlməyib.
72 saatdan sonra işçinin vəkili rəsmi istefa ərizəsi təqdim edib. Bundan sonra həmin şəxs faktiki olaraq yoxa çıxıb və aldığı pulu geri qaytarmayıb.
CIAL şirkəti hadisəni oğurluq kimi qiymətləndirərək hüquq-mühafizə orqanlarına müraciət edib. Müdafiə tərəfi isə bildirib ki, işçi ödəniş sisteminə müdaxilə etməyib, heç bir saxtakarlıq və manipulyasiya törətməyib. Pul yalnız işəgötürənin səhvi ucbatından köçürülüb.
Santyaqo məhkəməsi bu arqumentləri əsaslı hesab edərək qərara gəlib ki, səhvən ödənilən maaş oğurluq sayılmır. Hadisə Çili qanunvericiliyinə əsasən cinayət məsuliyyəti daşımayan "icazəsiz mənimsəmə" kimi qiymətləndirilib.
Təxminən üç il davam edən hüquqi prosesdən sonra, 2025-ci ilin sentyabrında məhkəmə işçinin xeyrinə qərar çıxarıb. Hakimlər onun niyyətində cinayət tərkibi, təzyiq və ya maliyyə sistemlərinə müdaxilə ilə bağlı hər hansı sübutun olmadığını vurğulayıb. Nəticədə bütün ittihamlar ləğv edilib və 180 min dollara yaxın vəsaitin işçidə qalmasına icazə verilib.
Əgər günahı sübuta yetirilsəydi, onu 540 günədək həbs cəzası və maddi təzminat gözləyə bilərdi.
Buna baxmayaraq, CIAL şirkəti mübarizəni davam etdirmək niyyətindədir. Şirkət rəhbərliyi səhvən ödənilən məbləğin geri alınması üçün mülki iddia qaldırmaq və qərarın yenidən nəzərdən keçirilməsini tələb etmək istədiyini açıqlayıb.
Hazırda isə keçmiş işçi həyatını dəyişdirən bu gözlənilməz sərvətin sahibi olaraq qalır.

Hadisə       Tarix: 29 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

İki gəmiyə dron hücumu: heyətdə 8 Azərbaycan vətəndaşı var

Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının hücumu baş verib. barədə məlumat verib, onlardan biri batıb. report-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Telegraf Agentliyi (BTA) məlumat yayıb. Bir gəmini

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhta

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber az futbol xeberleri kriminal xeberler xeber