Şəkidə 3 min əhalinin istifadə etdiyi avtomobil yolunun tikintisi davam etdirilir

Şəkidə 3 min əhalinin istifadə etdiyi avtomobil yolunun tikintisi davam etdirilir3 min nəfərin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü km-dən başlayan, Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı tikinti işləri həyata keçirilir.
Agentlikdən Milli.Az-a verilən məlumata görə, Şəki rayonu Aşağı Kəldək, Aşağı Daşağıl, Aydınbulaq, Əliyar, Şirinbulaq, Çolaqlı kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 28.1 km təşkil edir. Bu respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü km-də ayrılan və 18 km uzunluğa malik Aydınbulaq avtomobil yolu, həmçinin başlanğıcını Aydınbulaq yolundan götürən və 10.1 km olan Aşağı Kəldək, Aşağı Daşağıl, Şirinbulaq və Çolaqlı kəndlərinin yollarıdır: "IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edəcək. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni isə 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr olacaq.
Çınqıl, qara örtük və torpaq əsasdan ibarət sözügedən avtomobil yolları uzun illər istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlmiş, nəqliyyatın hərəkətində çətinliklər yaranmışdır. Üstəlik bir-çox yerdə yolun səviyyəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalır. Bu üzdən torpaq yatağının relyefdən layihə səviyyəsinə qaldırılmasına ehtiyac yaranmışdır. Bundan başqa yolun bəzi hissəsində torpaq yolun orta eni 4-5 metr təşkil edir. Yağıntı olduğu zaman yolda nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, dayanır. Sadalanan problemlərin tam olaraq aradan qaldırılması üçün agentlik yol boyu təxirəsalınmaz tədbirlərin icrasına start verib".
Məlumatda bildirilir ki, yolların dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən bərbası, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq genişləndirilməsi ilə yenidən inşası, eyni zamanda atmosfer sularını yoldan kənarlaşdırmaq və kənardan yağış sularının yola daxil olmaması üçün avtoqreyderlə küvetlərin qazılması, yaşayış məntəqələri daxilində zəruri yerlərdə "U" şəkilli beton küvetlərin çəkilməsi işləri həyata keçirilir: "Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kv.m-ə yaxındır. "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən daha sonra yol əsasın alt layının qum-çınqıl, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla bərkidilməsi işləri görülür. Yol əsası hazır olan hissələr isə əlaqələndirici bitum səpilməklə 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü ilə döşənir.
Bundan başqa, avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular uzun müddət istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalıb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, nəticədə suötürücü borular istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik azbest, metal və dəmir-beton boruların sökülərək çıxarılması, əvəzinə 54 yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, 2 yerdə dördbucaqlı su keçidinin inşası də layihə üzrə yerinə yetirilən işlərdəndir".
Agentlikdən qeyd ediblər ki, layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur: "Sözügedən yolların yenidən qurulması ilə 5 yaşayış məntəqəsinin 3 mindən artıq əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edə biləcək amildir".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 15 sentyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər metbuat xeberleri sou xeberler bugun cəbhədən son durum