Səməd Səmədovun həyat yoldaşı: "Bütün günü onun mahnılarına qulaq asıram" - VİDEO
Mərhum Xalq artisti Səməd Səmədovun həyat yoldaşı İradə Qasımova onun ölümündən və birlikdə keçirdikləri günlərdən danışıb.
Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişinin qonağı olan İ.Qasımova bu il çox itkisi olduğunu qeyd edib:
"Birinci baldız, sonra bacım, ən yaxın dostum getdi. Səməd nöqtəni qoydu, məni lap yandırdı. Səməd getdi... Çox yaxın adamlarımı itirdim. Səmədlə 45 ildir biz bir yerdə idik. Bu ərəfədə atam, anam, qardaşım və bacım idi".
Veriliş zamanı o, Xalq artisti ilə xatirələrini yad edib:
"Səməd sağ olanda onun mahnılarına qulaq asanda "nə olub e qulaq asırsan, ölmüşəm bəyəm?" deyərdi. İndi bütün günü onun mahnılarına qulaq asıram, onunla danışıram amma cavab yoxdu..."
Qeyd edək ki, S.Səmədov iyulda koronovirusdan dünyasını dəyişib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR