"Sən kimsən ki, Azərbaycanda özbaşına rus icması yaradırsan?" - Deputatdan Putinə iradlar

"Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib. Bölgədəki Rusiya sülhməramlılarının fəaliyyətini kəsgin tənqid edən dövlət başçısı qeyd edib ki, sülhməramlılar Laçın dəhlizindən Qarabağın dağlıq hissəsinə daxil olan nəqliyyat vasitələrin 91%-ni yoxlanılmır. Lakin ərazini tərk etmək istəyən şəxslər üzərində ciddi yoxlanılma aparırlar.
Deməli, sülhməramlıların bu hərəkətləri Qarabağı könüllü tərk etmək istəyində olan ermənilərin qarşısında ciddi maneə yaratma cəhdidir?
KONKRET.az xəbər verir ki, Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, bu cəhdlərin qarşısı birmənalı olaraq alınmalıdır:
"Bu məsələyə "yoxsa yox" məntiqi ilə yanaşmamalıyıq. Çünki həmin hərəkətlərin hamısı Azərbaycan ərazisində Azərbaycan qanunlarının pozulmasıdır.
Bəli, Azərbaycan, öz ərazisinə gəlib-gedənlərin kim olduğunu dəqiq sayını və kimliyini bilir və lazımi məqamda Rusiyaya öz etirazını bildirir.
Hamımızın yadındadır ki, qələbə ilə başa vurduğumuz Vətən müharibəsindən dərhal sonra sülhməramlılar Azərbaycanda gələn gündən nə ilə məşğul olub? Müharibə zamanı bölgədən qaçan erməniləri yenidən Qarabağa yığmağa başladılar. Əslində, bu, sülhməramlıların missiyasına aid deyil. Elə ilk qanun pozuntusu da bundan başladı.
Hətta Rusiya Federasiyasının prezidenti Vladimir Putin özünün açılamasında rəqəmlər də səsləndirdi ki, artıq 58 mindən çox ermənini Qarabağa qaytarmışıq. Belə canı yanansansa, 30 ildir çöllərdə sərgərdan olan qaçqınlarımız niyə yada düşmürdü? Əgər belə ədalətli mövqe göstərirsənsə, niyə bizi, xocalılıları, xankəndililəri, xocavəndliləri, ağdərəliləri niyə qaytarmırsan öz ərazilərimizə?!"
Deputat sülhməramlıların Laçın dəhlizində apardığı yoxlama əməliyyatlarından da gileylənib:
"Yoxlamaların nəticəsi nəyi göstərir? Onu göstərir ki, sülhməramlılar müharibə təhlükəsi, işsizlik, aclıq və s. amillər üzündən oradan çıxıb getmək istəyən ermənilərə hər cür vasitələrlə maneə törədirlər və müxtəlif yollarla erməniləri həvəsləndirib oraya gətirirlər. Ev, bağça, məktəb, xəstəxana tikirlər, humanitar yardımlar paylayırlar, nə bilim, nələr-nələr edirlər".
E.Məmmədov Rusiya sülhməramlılarının Xocalı ərazisində rus pravoslav kilsəsi tikməsi və bölgədə rus icması yaratmaq istəmələri məsələsinə də toxunub:
"Özlərinin tanınmış dədə-babalarına heykəllər qoyublar, indi də rus icması yaradırlar. Azərbaycanda rus icması var. Həm də təkcə rus icması yox, bütün etnik azlıqların icması.
Rus icmanın rəhbəri deputat həmkarımız Mixail Zabelindir. Bu icma Azərbaycan qanunları çərçivəsində yaradılıb fəaliyyət göstərir. Yaxşı, sən kimsən ki, hansı ixtiyar sahibisən ki, özbaşına Azərbaycan ərazisində, Qarabağda ayrıca rus icması yaradırsan? Məqsədin nədir? Burada kök salmaq, buradan çıxıb getməmək, burada erməniləri ruhlandırmaq, onlara arxa-dayaq olmaq. Bu məlumdur və cənab Prezident də bunu səsləndirdi. Sülhməramlıların himayəsi altında bölgədə cinayətkarlar yaşayır, fəaliyyət göstərir, təlimlər keçir, silah-sursatla təmin olunurlar".
"Buna qarşı Azərbaycan cəmiyyətində, ictimaiyyətində, siyasi elitasında və siyasi rəhbərliyində çox ciddi narazılıq var və bunların qarşısı qətiyyətlə alınmalıdır. Əgər sülhməramlılar bu hərəkətlərini davam etdirəcəklərsə, rus həbri kontingentinin Azərbaycan ərazisində qalıb-qalmama məsələsi mütləq gündəmə gətirilməlidir. Yəni ya Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərməlisən, ya da mənim ərazimi tərk et! Başqa bir yol yoxdur!
O ki qaldı Azərbaycan ərazisində yaşayan ermənilərə, burada birmənalı tələbimiz budur: Azərbaycan qanunlarına tabe olub, Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşamalısan, ya da əcnəbi vətəndaş hesab olunursan və ərazimizdə yaşamaq haqqın yoxdur!", – deyə siyasətçi fikirlərini yekunlaşdırıb.

Siyasi       Tarix: 14 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


yeni xeberler son xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun sonxeber.az cəbhədən son dəqiqə bu gune olan xeberler