Sərdar Ortaç "Beşiktaş"dan üzr istədi: "Tərbiyəsizlik etdim, çox peşmanam

Sərdar Ortaç Adanada verdiyi konsert zamanı içkili halda "Beşiktaş"ı təhqir edən məşhur türkiyəli müğənni Sərdar Ortaç peşman olub.
Azxeber.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, Ortaç sosial şəbəkə hesabı ilə yanaşı canlı yayımda da üzr istəyib. O açıqlamasında bu sözləri deyib:
"Mən xəstəyəm. Sol ayağım yarımiflic vəziyyətindədir. Allaha şükür edirəm, iki ayağımı da ala bilərdi. Bu olaya çox üzüldüm, səhərə qədər yata bilmədim. Böyük tərbiyəsizlik etdim, çox peşmanam. Səhnədə içki içməməli idim. İçki bütün pisliklərin anasıdır. Camaatla eyni halda olmaq üçün mən də içdim. Halbuki içkini sevmirəm. Xəstəliyimlə əlaqədar içdiyim tonlarla dərman və alkoqol... İçkili halda böyük səhvə yol verdim. Məni bağışlayın. Artıq duadan başqa edə biləcəyim bir şey qalmayıb.
"Beşiktaş" tərəfdarları, başqanı və 30 illik dostum Sərgən Yalçın məni bağışlasın. Ümid edirəm ki, məni bağışlayarlar. Klubun prezidenti Ahmet Nur Çebi məni izləməyə çox gəlirdi. Səhv etdim, axmaqladım! Bir çox insanın qəlbinə dəydim. Lənət olsun. Ahmet Nur Çebinin yanına gedib üzr istəyəcəyəm. Məni silibsə üzüləcəm, çıxıb gedəcəm. İnanıram ki, buna görə mənə üz çevirməz.
"Beşiktaş" tərəfdarları ana, arvad təhqirləri etdilər mənə. Bütün azarkeşlər hirsləndi təbii ki. Fanat olsam mən də belə edərdim. Azarkeşlər dediklərində haqlıdırlar. Belə səhvlər etməməliyəm. Çərşənbə günü "Beşiktaş"ın oyununu komandanın formasında izləyəcəyəm. Təkərli oturacaqlar toplayıb "Beşiktaş"a verə bilərəm. Mahnı da bəstələyərəm. "Beşiktaş" azarkeşləri alicənab insanlardır, hamısını tanıyıram".

Şou Biznes       Tarix: 29 sentyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026