Serdar Ortaçın qalmaqallı klipindən sonra yoxa çıxan qız illər sonra peyda oldu: Görənlər təəccübləndi - FOTO
Serdar Ortaçın qalmaqallı klipindən sonra yoxa çıxan qız illər sonra peyda oldu: Görənlər təəccübləndi - FOTO
Məşhur türkiyəli müğənni Serdar Ortaçın çox sevilən "Karabiberim" adlı mahnısının klipində rol alan İlknur Soydaş illər sonra üzə çıxıb.
Hazırda 47 yaşı olan Soydaş keçirdiyi plastik əməliyyatla çox dəyişib və görənləri heyran qoyub.
"İnstagram" hesabında paylaşdığı fotolara rəy bildirən izləyicilər onun gözəl bədən quruluşuna sahib olduğunu deyiblər. "Sanki zaman onun üçün dayanıb", - deyə izləyicilər vurğulayıblar.
Qeyd edək ki, 90-cı illərə damğasını vuran klipdə Sertar Ortaçın göbəyindən zeytun yediyi keçmiş model və aktrisa İlknur Soydaş "yoxa çıxmışdı". İş adamı Cem Pole ilə ailə quran model şou-biznesdən uzaqlaşmışdı.
İlknur Soydaş bununla bağlı verdiyi açıqlamada ancaq "Karabiber" ləqəbi ilə tanındığına təəssüfləndiyini bildirib. "Mən "Karabiberim" mahnısının klipi ilə var olmamışam. Bir çox serial və filmdə rol almışam. Amma həmişə Karabiber kimi xatırlanıram", - deyə təəssüfünü dilə gətirib.
"Rəsmən bu ad mənə yapışdırılıb. Səhv başa düşməyin, "Karabiberim" klipində oynadığım üçün narahat deyiləm, amma bir çox başqa layihələrim var... Yeri gəlmişkən, çəkilişlər üçün çox darıxmışam", - deyə o əlavə edib.
İlknur Soydaş həmçinin etiraf edib ki, Serdar Ortaçı çox sevdiyi üçün klipdən pul götürməyib.














Mənbə: Haber Global / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR