Sərhəddə sifarişli təxribatlar – "Ermənistan ağır itkilərə məruz qalacaq"

Sərhəddə sifarişli təxribatlar – Cənubi Qafqazda siyasi proseslər kifayət qədər qəlizləşib. Ermənistanla Azərbaycan arasında danışıqlar davam edərkən müəyyən gərginlik də hiss olunur. İrəvanın şərti dövlət sərhədində yeni mövqelər qurması, ardınca təxribatlar törətməsi, atəşkəsi pozması fonunda Azərbaycanla danışıqlarda iştirakı, Ermənistan rəhbərliyinin COP29 çərçivəsində Bakıya gəlməsi ehtimalı proseslərin ziddiyyətli olduğunu göstərir.
Nə baş verir: Ermənistan sülhdə maraqlıdır, yoxsa gərginliyi artırmaqda?
KONKRET.az xəbər verir ki,politoloq Azad Məsiyev bildirib ki, Cənubi Qafqazda sabitliyin olması üçün ilk növbədə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır:
"Ancaq Qərb dairələri nə belə bir sülhün əldə edilməsində, nə də sabitlikdə maraqlıdır. Bu qüvvələr regionda xaos olmasını istəyirlər. Çünki yalnız bu halda Qərb, ABŞ regiona girib, öz maraqlarını təmin edə bilər.
Son günlər bu prosesin tərkib hissəsi kimi şərti dövlət sərhədində təxribatlar baş verir. Bu gün həm Paşinyanın ətrafında, həm də Ermənistan Müdafiə Nazirliyində ABŞ və Qərbdən olan komanda fəaliyyət göstərir. Yəni proses onların kurasiyasında baş verir".
Politoloq hesab edir ki, şərti dövlət sərhədində təxribatlar sifarişlidir:
"İntensiv gərginlik olmalıdır ki, Ermənistan beynəlxalq qüvvələri regiona rahat gətirə bilsin.
O ki qaldı COP29 məsələsinə, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsində maraqlı olmayan qüvvələr var. Onlar həm tədbirin keçirilməsinə mane olmaq, həm də sülh prosesini əngəlləmək üçün təxribatların törədilməsini sifariş edir. Ermənistanla Azərbaycan arasında gərginlik olarsa, bunun tədbirin keçirilməsinə mane olacağını düşünürlər. Lakin Bakı bu kimi məsələlərə hazırlıqlıdır. Ermənistan isə özü qərar verməlidir: sülhdə maraqlıdırsa, təhriklərə uymamalıdır. Çünki yeni gərginlik fonunda Qərb Ermənistana yardım etməyəcək və İrəvan ağır itkilərə məruz qalacaq"./Globalinfo.az

Siyasi       Tarix: 01 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün xeber az ensonxeberler son xeberler bugun 2026 canli