Sərhədlə bağlı ŞOK ADDIM: Naxçıvana quru yolu bu istiqamətdən açılır

Sərhədlə bağlı ŞOK ADDIM: Naxçıvana quru yolu bu istiqamətdən açılırRusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana gözlənilməz səfəri, bölgədəki geosiyasi dinamikaların gərginləşdiyi bir dövrdə baş verir. Onun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşü və İran Prezidentilə müzakirələri, Zəngəzur dəhlizinin açılması və bölgədəki təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından olduqca önəmlidir.
Eyni zamanda, "The Wall Street Journal"ın iddiaları, İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etməsi barədə məlumatlar, bu səfərin kontekstini daha da mürəkkəbləşdirir. Bu vəziyyətdə, Şoyqunun İrana gedişi, iki ölkə arasında hərbi və strateji əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir addım olaraq qiymətləndirilə bilər.
KONKRET.azxəbər verir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr, Azərbaycanın geosiyasi maraqları baxımından əhəmiyyətlidir və Rusiya ilə İranın bu məsələdə birgə mövqe tutmağı, regional təhlükəsizliyi təsir edə biləcək bir faktordur. Şoyqunun səfəri, bu məsələlərin ətrafında baş verən danışıqların və müzakirələrin necə inkişaf edəcəyinə dair əlamətlər verə bilər.
Bütün bu faktlar bölgədəki gərginliklərin artdığı bir zamanda Rusiya və İranın birgə strateji planlarının ola biləcəyini göstərir. Bu səbəbdən Şoyqunun İrana gedişi Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrin bir hissəsi kimi dəyərləndirilə bilər.
Məsələ ilə bağlı danışan politoloq Elçin Xalidbəyli News24.az-a bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr Azərbaycanın geosiyasi maraqları baxımından əhəmiyyətlidir və bu dəhliz açılacaq:
"Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi məsələsi ən çox müzakirə olunan mövzudur. Hazırda gedən proseslər marşrut xətti açıldıqdan sonra ora kimin nəzarət edəcəyini müəyyənləşdirməkdir. Bununla bağlı da dünya nəhəngləri – Rusiya və Qərb arasnda ciddi müzakirə gedir. Rusiya çalışır ki, bu dəhliz açılsın və onlar bu dəhlizə nəzarət edərək sanksiyalardan yayınmaq üçün iqtisadi-siyasi bir nəticə əldə etmiş olsun. Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya keçməsi o deməkdir ki, Rusiya Cənubi Qafqazda güclənmək üçün yeni bir mexanizm qazanmış olacaq".
Politoloq qeyd edib ki, Qərbin hazırda tək niyyəti Zəngəzur dəhlizinə nəzarətin Rusiyanın əlinə keçməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, dəhlizə nəzarətin Qərb ölkələrinin əlinə keçməsi ilə onlar Cənubi Qafqaza təsir mexanizmini gücləndirmək istəyirlər:
"Avropa ilə orta Asiyanı birləşdirəcək önəmli bir nəqliyyat dəhlizinə və ordan axacaq maliyyə dalğasına nəzarət uğrunda bir mübarizə gedir. İranın isə əsas narahatlığı ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması İranın Ermənistan üzərindən daşıdığı malların nəzarət altına düşməsinə səbəb ola bilər. Həmin Malların nə olduğu bir çox hallarda məlum olmur. İkinci narahatlığı da ondan ibarətdir ki, bu dəhlizin açılması Türkiyə ilə Azərbaycan arasında, eləcə də bütövlükdə Türk dünyası arasında kommunikasiya xəttinin yaranması anlamını daşıyır. Türk dünyasının birləşmə prosesini gücləndirəcək və belə bir prosesdə də İran üçün riskli çağrışların ortaya çıxa biləcəyindən narahatdır, rəsmi Tehran".
Elçin Xalidbəyli əlavə edib ki, Ermənistan isə hər zamanki kimi Qərbin təlimatları ilə hərəkət edir. Orda da önəmli məqam budur – Paşinyan bilir ki, dəhliz açıldıqdan sonra ona nəzarət Ermənistana verilməyəcək. Buna heç kim icazə verməz ki, Ermənistan kimi kiçik bir dövlətə Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyət daşıyan, nəhəng dövlətlərin marağında olan dəhlizə nəzarət etsin.

Siyasi       Tarix: 21 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xeberler kriminal bugun butun xeberler cəbhədən görüntüleri