Sərnişin avtobusunda piton təlaşı: Qutudan çıxıb itən ilan qorxu yaratdı - VİDEO
Sərnişin avtobusunda piton təlaşı: Qutudan çıxıb itən ilan qorxu yaratdı - VİDEO
Türkiyənin İstanbul şəhərindən Düzcə vilayətinə gedən sərnişin avtobusunda pitonla bağlı təlaş yaşanıb.
Bu barədə "HaberGlobal" məlumat yayıb.
Bildirilir ki, sərnişinlərdən biri evində bəslədiyi pitonu xüsusi qutunun içində avtobusun yük yerinə qoyub. Ancaq ilan buradan çıxıb. Avtovağzalda düşdükdən sonra qutunu əlinə alan sərnişin bir müddət sonra ilanın olmadığının fərqinə varıb. Dərhal geri dönüb və sürücüyə xəbərdarlıq edib.
Avtobus sürücüsünün köməkçisi Melih Güvenc baş verənləri belə xatırlayır:
"Hamı düşdükdən sonra nəqliyyat vasitəsini yumağa apararkən sərnişinlərdən biri gəlib əlindəki qutuda heyvanının olmadığını bildirdi. Sərnişin itkisi barədə xəbər verdikdə, söhbətin pişik, yaxud it kimi ev heyvanından getdiyini düşündük. Lakin axtarılan canlının ilan olduğunu öyrənəndə qorxuya düşdük".
Avtobusda axtarış aparıldıqdan sonra ilan ehtiyat təkər bölməsində tapılıb və sahibinə təslim edilib.
"Piton ilanının zəhərli ola biləcəyindən qorxduq. Sərnişin onun evdə bəslənildiyini bildirsə də, yenə də avtobusdan çıxardıqdan sonra arxayınlaşdıq. Yataq bölgələrinə getsəydi, bizim üçün problem yaranardı… Belə bir təhlükədən xilas olduq", - deyə sürücünün köməkçisi bildirib.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb