Sərnişinlərin bilet pullarını qısa müddətdə tələb etməsi turizm şirkətlərini çətin vəziyyətdə qoyub - Assosiasiya

Sərnişinlərin bilet pullarını qısa müddətdə tələb etməsi turizm şirkətlərini çətin vəziyyətdə qoyub - Assosiasiya"Koronavirusla əlaqədar yaranan hazırkı şəraitdə bir çox sərnişinlərin geri qaytarmaq istədikləri aviabiletlərin pulunun qısa müddətdə onlara ödənilməsini tələb etməsi turizm şirkətlərini çətin vəziyyətdə qoyub".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı əksər hava yolları şirkətləri karantin bitənə qədər bir çox ölkələrə uçuşlarını ləğv edib. Bu səbəbdən əvvəlcədən bilet alan vətəndaşlar səfərlərini təxirə salaraq aviabiletlərini qaytarırlar.
G.Qəhrəmanov əlavə edib ki, adətən belə hallarda bir çox turizm şirkəti aviabiletlərin qaytarılmasında və pulun geri ödənilməsində müştəriyə dərhal yardım göstərirdi və digər satışlar vasitəsilə aviaşirkətlərlə növbəti hesabat dövründə əvəzləşirdi:
"Təəssüflə qeyd etməliyik ki, hazırda satışlar olmadığına görə şirkətlər müştərilərə pulları dərhal geri qaytara bilmir və bununla bağlı çətinliklərlə üzləşirlər. Hazırda bir neçə aviaşirkət biletlərin qaytarılmasına icazə verir. Nəzərə almaq lazımdır ki, pulların qaytarılması bir neçə müddət çəkə bilər. Bir sıra aviaşirkətlər isə başqa yoldan istifadə edirlər. Onlar müştərilərinə alternativ olaraq, bir il ərzində bu biletdən istifadə və ya eyni məbləğə uçuş vauçerlərindən istifadə imkanları təklif edirlər. Bu, beynəlxalq praktikada da var və hazırda bir neçə hava yolları şirkəti tərəfindən də istifadə olunur. Lakin vətəndaşların bu və digər məsələlərdə məlumatsız olması və ya inadla biletlərinin pulunu qısa müddətdə geri istəməsi turizm şirkətlərini çətin vəziyyətdə qoyub".
G.Qəhrəmanov təklif edir ki, tez-tez təyyarə ilə səfərə çıxan müştərilər növbəti səfərləri üçün biletlərini cəriməsiz dəyişə və ya vauçerlərdən istifadə edə bilərlər:
"Əgər həmin sərnişinlərin səfəri olmayacaqsa, bu halda pullarını geri ala bilərlər. Amma bu vəsaitin geri qaytarılması 45-60 gün çəkə bilər".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 08 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət xeber.az ən son xəbərlər xabar az