Səxavət Məmməd: "Əsəd rejiminin devrilməsi daha çox Ermənistanı narahat edir"

Səxavət Məmməd: Suriyada Bəşər Əsəd rejiminin devrilməsi bölgədə yeni reallıq yaradır və bu reallıq fonunda bəzi qaranlıq məqamlara aydınlıq gəlməkdədir. Belə məqamlarda biri Ermənistanla bağlıdır. İndi Suriyada baş verən son hadisələr düşmən ölkədə  geniş müzakirə edilir və Əsəd rejiminin iflasını narahatlıqla qarşılayırlar. Bütün dövrlərdə Ermənistana hərbi-siyasi dəstəyini əsirgəməyən Əsəd 44 günlük müharibədə də Ermənistanın yanındaydı və Qarabağa silahlı dəstələr göndərməkdən də çəkinmirdi. Ümumiyyətlə, Suriya ilə Ermənistanı nə bağlayır və iki ölkə arasında hansı münasibətlər mövcud olub?
KONKRET.az-ın sullarını cavablandıran hərbi ekspert Səxavət Məmməd hesab edir ki, Suriya Ermənistanı daim dəstəkləyib və bunun da səbəbləri çoxdur:
"Ermənilərin məskunlaşdığı  coğrafiyada  Suriyada var. Bundan əlavə, Suriyada yaşayan  ermənilərin sayını şişirdirlər və çox böyük rəqəmlərlə ifadə edirlər.  Ona görə xüsusi rəqəm deməyəcəm. 44 günlük müharəbədən əvvəl  Suriya ermənilərinin Qarabağa gətirilməsi, orada məskunlaşmaları ilə bağlı  ciddi informasiyalar var idi. Bundan əlavə, Suriyadakı bəzi qrupların  Emənistanda, hətta Qarabağda hərbi təlimlərdə iştirak etmələri ilə bağlı əlimizdə kifayət qədər tutarlı məlumatlar olub. Ermənistan bu addımını həmişə Rusiyanın müttəfiqi kimi qələmə verməyə çalışıb. Ermənistan Suriyaya hətta əsgər də göndərmişdi. İrəvanın bu addımlarının arxasında yalnız sırf erməni faktoru dayanır. Təbii ki, burada Ermənistan-İran münasibətləri  və İranın Suriyadakı fəaliyyəti, bu ölkə ilə münasibətləri də mühüm rol oynayır.  Ona görə də Ermənistanla Suriya arasında kifayət qədər ciddi əlaqələr var idi. Türkiyə Bəşər Əsədi dəstəkləmir, onun hakimiyyətdən getməsini istəyirdi. Türkiyə ilə Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olması da bu prosesə ciddi təsir göstərirdi. Ona görə də Əsəd Azərbaycan haqqında dezinformasiya yaymaqla məşğul idi. Əsəd iddia edirdi ki, guya Suriyadakı türkmanlardan ibarət silahlılar  Qarabağda Azərbaycan tərəfdən döüyüşlərdə iştirak edir. Bütün bunları təkcə Azərbaycan-Ermənistan deyil, Türkiyə-Azərbaycan, İran-Ermənistan, Ermənistan-Rusiya münasibətlərinə bir başa bağlılığı var. 44 günlük müharibə bitənə qədər Rusiya ilə Ermənistan arasında heç bir problem olmayıb. Əslində elə Qarabağda işğal prosesinin arxasında dayanan əsas güc elə Rusiya idi. Ona görə bu məsələyə qruplaşma kimi yanaşmaq lazımdır".
Daha sonra suriyalı muzdluların 1-ci və 2-ci Qarabağ müharibələrində iştirakına toxunan hərbi ekspert bildirib ki,suriyadan gələn hərbi qrupların tərkibində qadınlar da olub: "Hətta Ermənistan ordusunun tərkibində bəzi qadın snayperlər var idi ki, onların Suriya ermənilərinə mənsub olmaları barədə əlimizdə tutarlı faktlar var. Qarabağ müharibəsində Bəşər Əsədə  yaxın qrupların  döyüşlərdə iştirakı ilə bağlı sübutlar var. Hətta PKK və PYD-dən də bəzi qrupların Qarabağa göndərilməsi ilə bağlı məlumatlar daxil olmuşdu. Bu cür informasiyaların yayılmasını  Azərbaycan tərəfi məqbul hesab etmədi və Qarabağda vuruşan bütün qüvvələrə Ermənistan qüvvələri kimi yanaşıldı və məhv edildi. Məsələ təkcə bununla bitmir. Qarabağda ermənilər tərəfdən abxazlar, kanadalılar, fransızlar və digər millətlərin nümayəndələri, eləcə də suriyalılar da vuruşublar. Dediklərimizin hamısı faktlarla sübut olunub. Ölmüş hərbçilərin üzərindən çıxan sənədlər bunu sübut edib. Əlbəttə ki, indiki məqamda Əsəd rejiminin devrilməsi Ermənistanı narahat edir. Onlar artıq Suriyadan hərbi və siyasi dəstək ala bilməyəcəklər. İrəvan yaxşı başa düşür ki, hazırkı Suriyada Türkiyənin gücü daha da artıb. Məhz buna görə narahatdırlar".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 12 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntülər xeberler az son xeberler bugun 2026 muharibe xeber.az