Şeyx Nəsrullah ölüləri dirildəcəkdi, biz razı olmadıq

Şeyx Nəsrullah ölüləri dirildəcəkdi, biz razı olmadıqŞeyx Nəsrullah ölüləri dirildəcəkdi, biz razı olmadıq
Aqşin Yenisey yazır...
Hitlerin müəllimi Gebbels deyirdi ki, insanlıq olaraq hər gün müharibə etmiriksə, bunun səbəbi yüksək əxlaqımız deyil, mənfəətlərimizdir. 
Əxlaq dediyimiz mənəvi kamfulyajın üzünə siqaret tüstüsü kimi çox cəsarətlə üfürülmüş sözlərdir. Çünki mənfəətlərə xələl gəldikdə, insanın ilk növbədə müharibəyə əl atdığı ta daş dövrüdən bilinən bir gerçəklikdir.
ABŞ prezidenti Trampın pandemiyaya pulu çox çıxdı deyə bir bəhanə uydurub dərhal ÜST-ün pulunu kəsdi. Bu, bütün insani dəyərlərin önünə qoyulmuş nəhəng bir quşdur.
Dünya sərvətlərini üç aşağı, beş yuxarı əlində cəmləyən nəhəng bir ölkə öz mənfəətləri naminə həmin dünyanı, belə deyək, ölümə tərk etdi, həm də açıq bir əda ilə.
ABŞ bu ədalı rəftarının arxasında çox şey var; iqtisadi, hərbi güc, hüquqi sistem, bütün dünya insanın gözündə özündən yaratdığı cənnət obrazı, sosial darvinizmin uğurlu nəticəsi və Hollivud! 
Amma  məncə, bu ölkə daha çox Hollivuda arxayındır! Hollivudun həm amerikalı, həm də dünyalı insanların ABŞ-ın mənfəətləri xeyrinə beyin yuma gücünə. 
Bu yaxınlarda qarşıma "Pentaqon və Hollivud aforizmləri" deyə bir yazı çıxmışdı. Yazıda məhz Pentaqon və Hollivudun, yumşaq desək, toprağı eyni ocaqdan götürülmüş ər-arvad kimi əl-ələ, səs-səsə verib dünyada beyin yuma işlərini necə apardıqlarından faktlarla danışırdı müəllif. 
Biz, adətən, bu cür faktları "massonların işi", yaxud "Amerikanın oyunu" kimi bizi psixoloji olaraq rahatladan konspiroloji yumor hissimizin gücü ilə aşağılayıb, sanki, özümüzü böyük şeylərə baş qoşmamaqla onları kiçildirmiş kimi göstərib diqqətdən yayındırırıq. 
"Massonların işi" söhbətinin nə qədər lotu-potusu var, pərvərdigara, bizim dərələrdə. Amma ortada həm də gizli iş var, kimin işi olur-olsun. Ortada ölü dirildən Şeyx Nəsrullah var, bu iddiaya qurban verilən körpə qızlar var, ölülərinin dirilməsini istəmədəkiləri üçün ictimai şüurda Şeyx Nəsrullahın ölü dirildə bildiyinə heç bir şünhə yeri qoymayan bədbəxtlər var. 
"Massonların işi" məsələsi eynən "Ölülər" əsərinin problematikası kimidir. Ölü dirildə bildiyini iddia edən Şeyx əvvəl-axır ona görə bir ölü belə diriltmir ki, sadəcə, ölü dirildə bilmir, ona görə diriltmir ki, bunu ölülərin yaxınları istəmir, çünki hər ölünün arxalarınca min cür zibil qaynadıblar.
Ölülərin dirilməməsi Şeyxin ölü dirildə bilmədiyinə görə baş tutmur, əksinə, Şeyz axıra qədər gözləyir ki, bir adam sözünün üstündə dursun və pul verib axıracan onu öz ölüsünü diriltməyə məcbur etsin. Amma belə birisi tapılmır. Şeyx Nəsrullahın ölü dirildə bilmə bacarığı bu gün də öz inandırıcılığını qoruyur. 
Şeyx diriltməyə gəlmişdi, biz razı olmadıq. 
Eynən "massonların işi"nə yanaşma da bu şəkildədir, ortada iş var, iş sahibi var, amma milyonlarla insan əsl həqiqətin üzə çıxmasını istəmir. Sanki; məsələn, milyonlarla uşağın ölümündə, ac yaşamasında özünün daşıdığı bir məsuliyətin olduğunu bilir və "massonların işidir" deməklə bu məsuliyyətdən yayınır. 
"Ölülər" əsərində İrəvan quberniyasının əhalisi Şeyx Nəsrullah qarşısında özünü necə aparırsa, dirilər dünyasında da insanlar özlərini "massonlar" qarşısında o cür aparırlar. 
Hələ 1950-ci ildən üzü bəri Hollivud və CIA-nın eyni ssenarilər üzrə beyin yuduğu haqqında dünya mediasında yazılar yazılır. Sübliminal mesaj mərkəzi kimi işləyən bu iki təşkilat insanlara nə edirsə, saniyənin iyirmidə biri qədər keçən zaman ərzində edir ki, bunu da şuurla görmək mümkün deyil. Yazıq insanlarda da günah yoxdur, bir üzünə baxanda. 
"Ölülər" əsərində də şüur iştirak etmirdi. Bir qırıq şüur vardı, o da kefli olurdu həmişə.  
ABŞ mediasının 90 faizinin 6 şirkətə məxsus olması da "hər şey Amerikanın oyunudur" deyənlərin diqqətində olmalıdır, amma deyil. Dünya bu "demokratik medai" şirkətləri ilə idarə olunur. Şeyx Nəsrullahın "ölüdiriltmə" məsələsində də Şeyxin özündən çox, ətrafı daha böyük canfəşanlıq göstərirdi. Hətta bəlkə, Şeyx başına da bu fikri ətrafı soxmuşdu. 
"Soyuq müharibə"nin ən qaynar illərinin birində 1968-ci ildə dünyanın dörd ölkəsi dörd sualtı qayığını qəribə bir şəkildə itirdi. Bu sualtı qayıqlardan biri Rusiyanın (keçmiş SSRİ-nin) idi; K-129.
Daha qəribəsi isə bu idi ki, Havay adalarının yaxınlığında yoxa çıxan bu sualtı qayığın əhvalatının üzə çıxmasına (bəlkə də, çıxmamasına) ruslardan çox amerikalılar pul xərclədilər. 100 metr uzunluğunda, 8 metr enində olan bu böyük sualtı qayıq Havay adalarının qərbində sahilə çıxmış və raketlə vurulmuşdu. 
Niyə çıxmışdı, niyə vurulmuşdu, işin içində Çinin adı niyə hallanırdı? "Dərin dövlət"lər, "masonların işi", "Amerikanın oyunu" kimi konspiroloji fərziyyələr havada uçuşdu. Və rusların K-129 sualtı qayığının əsl əhvalatı müəmma olaraq qaldı. Nəticə: ABŞ öz universitetlərinə dənizlərdə mədən axtarmaq üçün içazə verdi. Dünya daha bir "ölüsünün" dirilməsini istəmədi. 
ABŞ ordusunun İkinci Dünya müharibəsində alman və yaponların əleyhinə, rusların isə leyhinə Hollivuda filmlər sifariş etdiyi kiosevərlərin məlumatlı olduğu bir hadisədir. Sonra eyni sifarişlər anti-kommunizm əleyhinə ruslara qarşı işə düşdü. Hollivud Pentqanun qlobal planlarının bədii davamı kimi çəkib "doldurdu düzü, dünyanı". 
Az fikir verilən daha bir məqam; kimsə bu filmlərdə sənət meyarı axtarmaz. Hətta Hollivud sənət əsəri yaratmağa cəhd etdikdə hər dəfə öz izləyicilərinin böyük bir qismini itirir. Çünki artıq hollivud tamaşaçısı da ondan başqa şey, həm də sənət olmayan bir şey gözləyir. Sənət həqiqətə söykənir, Hollivud isə öz həqiqətini sənətın dilindən çatdırır. Dolayı yolla insanları "sənət olan həqiqətdir", yoxsa "həqiqət olan sənətdir" çaşbaşlığı ilə elə bir dolaşığa salır ki, tamaşaçı bu məsələni öz beynində həll edib qurtarana kimi, Səddam Hüseyinin qanı gedir.  
Səddam dedim, yadıma başqa bir şey düşdü: İranda, yaxud İraqda, eləcə də Türkiyədə ABŞ-la böhran yaşananda şərqlilərin küçələrə çıxıb ABŞ bayraqlarını və ya ABŞ dollarını yandırmasına gülən, "dünya gücünə" qarşı bu cür ucuz mübarizəyə əl atanları fitə basan çox olur aramızda. "ABŞ müalicə oluna bilərmi" kitabının müəllifi Mehmet Yılmaz yazır ki, 1991-ci ildə Nyu-Yorkda tələbələrə bir kafedə oturmuşduq, küçədə isə üstündə Səddam Hüseyinin şəkli olan tualet kağızları satılırdı. Yəni "dünya gücü" də bizim gücsüz bildiklərimizə qarşı daha ucuz mübarizə formalarına əl atır özünə lazım olanda.    
ABŞ-ın bir sui-qəsd dövləti olması yalnız başqalarına qarşı deyil, - indiyədək 4 ABŞ prezidenti öldürülüb, - nə vaxt ki, bir ABŞ prezidenti bankları, ordunu, silah ticarətini nəzarət altına almaq istəyib, ya öldürülüb, ya da "saçı qırxılıb eşşəyin üstünə tərs mindirilərək" üzüqara halda yola salınıb.
Bilmirəm, bəlkə də, bu yazının gizli səbəbi karantin günlərində film axtarışlarında qarşıma daha çox zəhləmgetmiş Hollivud filmlərinin çıxmasıdır. Ya da bu filmləri bir-bir yarımçıq saxlaya-saxlaya düşündüyüm "sənət olan həqiqətdir", yoxsa "həqiqət olan sənətdir" sualıdır. Hollivud və Pentaqon cütlüyü iddia edir ki, "həqiqət olan sənətdir" və biz bunu sübut etməklə məşğuluq.
Amma "sənət həqiqəti" ilə "həqiqətin sənəti" ayrı-ayrı məsələlərdir. Məsələn, Soljenitsın "həqiqətin sənəti" idi, Kafka "sənətin həqiqəti". Sojenitsının həqiqəti ölən kimi sənəti də öldü, Kafkanın sənəti isə hələ də öz həqiqətlərini yarada-yarada yaşayır.
Hər dövrün bu məsələni düz və səhv başa düşən sənət adamları olub. Sənət heç vaxt həqiqətin yanında olmayıb, heç vaxt ona qulluq etməyib. Sənət özü özünün həqiqətini yaradıb həmişə. Sənətin heç vaxt həqiqətə ehtiyacı olmayıb, əksinə, həqiqət həmişə ona əl açıb.
Həqiqət həmişə müğənninin səsinə, şairin əzabına, rejissorun zəhmətinə göz tikib. 
Həqiqətə qulluq edən sənət həmişə tez köhnəlib, unudulub, gözdən düşüb. Yalnız sənət olan sənət özünü tarixin pasından qoruya bilib, həmişə işıq saçıb.   
Sənətin pula olan ehtiyacı, həqiqətə olan ehtiyacından çox olub həmişə...
(Bu mövzunu davam etdirəcəyik) /oxu.az

Sosial       Tarix: 27 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler az son xeberler azerbaycan krminal bu gun en son xəbərlər bugün