Silikon Vadisində uğur qazanan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO

Silikon Vadisində uğur qazanan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTOSilikon Vadisində uğur qazanan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO
Anar Məmmədov ABŞ-da yaşayan və işləyən həmyerlimizdir. Çətinliklərdən qorxmayaraq Azərbaycanda orta yaşayış tərzini buraxıb Kaliforniyaya köçüb. Onun əsas məqsədi sonradan həyatının işinə çevriləcək biznesini reallaşdırmaq idi.
O, Media.Az-a müsahibəsində biznesindən, Amerikadakı həyatından, Vətənə sevgisindən danışıb:
- Altıncı ildir ki, ABŞ-dayam. Tələbəlik illərindən bu "fürsətlər ölkəsi" deyilən yerdə bəxtimi sınamaq istəyirdim.
Mən, necə deyərlər, özümü sınamaq, həyatımda yeni mərhələyə başlamaq istəyirdim... Və risk etdim. ABŞ-da yaşayan dostlarımla məsləhətləşdikdən sonra getməyə qərar verdim.
Əvvəlcə "torpağı duymağa" və burada hansı istiqamətdə hərəkət etməyi düşündüm: müxtəlif təlimlərdə iştirak etdim, görüşlərə getdim, təqdimatlar keçirdim... Buradakı ab-hava və insanların asanlıqla təcrübələrini və layihələrini paylaşmaları, fikirləri haqqında açıq danışmaları xoşuma gəldi...
Başımda planlar və ideyalar var idi. Birbaşa deyim ki, istər ABŞ, istərsə də Avropa olsun, istənilən ölkəyə, kor-koranə, heç bir konkret ideya və ya plan olmadan getmək, kiminsə köməyinə ümid etmək düzgün deyil. Bəli, ilkin mərhələdə dostlar və tanışlar sizə kömək edə bilər, lakin bu, yalnız müəyyən bir müddət olur. Aydındır ki, bu gün hamı üçün çətindir, hamı "suyun üzündə qalmağa çalışır".
- ABŞ-a gedəndə beyninizdə hansı fikir yarandı?
- ABŞ-a gəlməmişdən əvvəl innovativ biznes qurmaq fikrim var idi. Bunun üçün ən əlverişli mühit Silikon Vadisi idi. 2017-ci ildə dostlarımla birlikdə "Senpex" logistika startap layihəsini, başqa sözlə, fərdi və fiziki şəxslər üçün xüsusi logistik proqram təminatı əsasında təcili çatdırılmaların sifarişi üçün platforma yaratdıq. İndi biz ölkənin yeddi ştatında fəaliyyət göstəririk və "Senpex" platforması (www.senpex.com) vasitəsilə aylıq 15 000-20 000-dən çox çatdırılma həyata keçirilir. Bu layihə sayəsində 5000-dən çox ABŞ vətəndaşı, o cümlədən soydaşlarımız qazanc əldə etmək imkanı qazanıb. Bilirsiniz, mən kiçik komandamıza bütün bu illər ərzində apardığımız ümumi iş, qarşılıqlı anlaşma və dəstəyə görə minnətdaram. Təbii ki, bu arxayınlaşmağa əsas vermir - öz üzərimizdə daha da çox çalışmalı, bacarıq və təcrübəmizi təkmilləşdirməliyik.
Silikon Vadisində uğur qazanan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO- Əgər keçmişə qayıtsanız, ABŞ-a gələndə sizi ən çox nə heyrətləndirdi?
- Hazırda yaşadığım Kaliforniyanın çox gözəl isti iqlimi var. Təbiətin gözəlliyi məni xoş təəccübləndirdi, demək olar ki, elə təkcə okean adamı valeh edir. Bundan əlavə, sahil boyu infrastruktur çox yaxşı inkişaf edib, ona görə də uzaq məsafəyə baxmayaraq, istənilən yerə getmək çox rahatdır. Ancaq ən əsası, bu, çox sayda miqrantın, əsasən Asiyadan və ondan kənarda İT sənayesinin mütəxəssislərinin gəldiyi bir ştatdır. Bazarda bu sənayenin mütəxəssisləri arasında böyük rəqabət var.
- Heç mənfi tərəfləri yoxdur?
- Təbii ki, çatışmazlıqlar da var, xüsusən yaşayış sahəsinin baha olması, bir sıra xidmətlərin, vergilərin yüksək olması.
- Kaliforniyada böyük erməni diasporunun olduğunu nəzərə alsaq, ermənilərin azərbaycanlılara münasibəti barədə sual verməyə bilmərəm...
- Bəli, burada böyük erməni diasporunun olduğunu eşitmişəm, 44 günlük Qarabağ müharibəsi zamanı xüsusilə Los-Ancelesdə fəallıq nümayiş etdiriblər, sosial şəbəkələrdə yayılan video və fotolara əsasən toqquşmalar olub. Amma mən şəxsən o vaxt Los-Ancelesdə olmamışam.
Biz təbii ki, Qarabağ müharibəsi zamanı soydaşlarımız üçün çox narahat idik, xəbərləri izləyirdik... Yaşayış yerindən asılı olmayaraq, yəqin ki, bütün azərbaycanlılar üçün bu ən çətin anlardan biri idi.
- Köçmənizə qayıdaq, belə başa düşdüyüm ki, ABŞ-da həyata alışmaq sizin üçün çətin olmadı...
- Deməzdim. Özümü öz qaydaları, qanunları, adətləri olan tamamilə fərqli bir mühitə düşdüm. Uyğunlaşma prosesi qaçılmaz idi. Adətən deyirlər ki, yeni ölkəyə gələndə "mədəniyyət şoku" yaşamamaq mümkün deyil. Və bu doğrudur. Başlanğıcda hər şey fərqli görünür. "Turist" mərhələsini keçdikdən sonra itki hissi yaranır, kifayət qədər dostlarınız, qohumlarınız, oturuşmuş mühitiniz olmur. Bəzən özünü tənha hiss edirsən, darıxırsan... Və hesab edirəm ki, gələnlərin hamısı üçün bu, təbii haldır. Məsələn, mən həmişə qarşıma məqsəd qoyduğum üçün bunların hamısını keçmişəm.
Silikon Vadisində uğur qazanan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO- Öz biznesini yaratmaq?
- Bəli, məhz ABŞ-da özünəməxsus bir şeyi həyata keçirmək. Eyni zamanda, deyə bilmərəm ki, vətənimdə həyatım pis olub: yaxşı təhsil almışdım, normal işim vardı... Amma komfort zonasında idim və böyük bir şey istəyirdim, həyatımı dəyişmək istəyirdim.
- Deyəsən sizdə alınıb...
- Bəli, baxmayaraq ki, xarici ölkədə öz biznesini yaratmaq çox çətindir. Mütləq inanacağınız aydın bir ideya olmalıdır. İcra prosesində buraya tam əzmkarlığı, hətta deyərdim ki, əlavə iştirakı da üstə gəlməlisiz. Bir sözlə, bu çox səbir, vaxt və səy tələb edən zəhmətli prosesdir. Layihənin əvvəlində çoxları məni fikrimdən daşındırmaq istıyirdi, xüsusən də mümkün riskləri nəzərə alaraq bu ideyadan əl çəkməyimi məsləhət görürdü, amma uğuruma inananlar da oldu. Əziyyət və çətinliklər çox idi, partnyorları dəyişməli oldum, məhz bu anlarda biznesi idarə etməyin nə qədər çətin olduğunu anlamağa başladım. Təsəvvür edin ki, investor tapmaq nə qədər çətindir. Yerli sakini tapmaq və ən əsası onu biznesinizə investisiya qoymağa inandırmaq lazımdır.
- Amma siz bunu bacardınız. Sizin kimi köçüb gələn və biznesini xaricdə reallaşdırmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
- Ən əsası, əlbəttə ki, çətinliklərdən qorxmamaqdır. Həmişə irəli gedin və uğursuzluqlar zamanı ruhdan düşməyin. Bunsuz mümkün deyil. Əlbəttə, kənardan gələn fikirləri də dinləmək olar, ancaq həmişə öz təcrübənizə əsaslanaraq, intuisiyanızı dinləyərək hərəkət etməlisiniz. Yeri gəlmişkən, gəlmək üçün "Greencard" qazanmaq şərt deyil, hər şeyə zəhmət və səbirlə nail olmaq olar.
Silikon Vadisində uğur qazanan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO- Bəs həyat yoldaşınız nə işlə məşğuldur?
- Bəli, yeri gəlmişkən, bir az sonra ailəmi ABŞ-a köçürdüm. O, ixtisasca jurnalistdir. Bakıda müxtəlif xəbər agentliklərində, sonra uzun illər Azərbaycanın ən böyük sığorta şirkətlərindən birində İctimaiyyətlə əlaqələr departamentində çalışıb. İki roman yazıb, onlardan biri nəşr olunub. Çoxlu müsbət rəylər aldıqdan sonra o, yazı bacarıqlarını təkmilləşdirmək və bu istiqamətdə fəaliyyətini davam etdirmək qərarına gəlib. O, həmişə deyir: "Mən yazıçı deyiləm. Sadəcə yazıram". Onun ikinci romanı insan münasibətlərindən, dostluqdan, sevgidən bəhs edir... Onu təqdim etməyi planlaşdırır...
Vurğulamaq istəyirəm ki, ikimiz də vətənimiz üçün çox darıxırıq. Xüsusilə qohumlar və dostlar üçün. Ancaq məsafə bizə çox şeyi yenidən düşünmək, çox şeyə fərqli bucaqdan baxmaq və əvvəllər adi sayılan hər şeyi qiymətləndirmək imkanı verir. Məsələn, sevdiklərinizlə hər görüş qızıla bərabərdir. Doğma Bakımız üçün çox darıxırıq. Ümumiyyətlə, insan kim olursa olsun, harada olur-olsun, kökünü heç vaxt unutmamalıdır.
Silikon Vadisində uğur qazanan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO- Vətənə gələ bilirsiniz?
- İstədiyimiz qədər yox. Pandemiya vəziyyəti bir qədər çətinləşdirib... Dünya başqa cür olub. Amma ilk fürsətdə uçmağı və qohumları, dostları görməyi, oğlumuza vətənini xatırlatmağı planlaşdırırıq.
- Oğlunuz ingilisdilli mühitdə böyüyür...
- Bəli, amma biz müntəzəm olaraq Azərbaycandan danışırıq, dili öyrədirik. O hazırda altıncı sinifdə oxuyur. Məktəbdə təbii ki, dərslər ingilis dilində keçirilir, amma evdə həm Azərbaycan, həm də rus dilində danışırıq. Xüsusən də Bakıda doğulduğundan, biz ona tez-tez Azərbaycandan danışır, Azərbaycanın fotolarını göstəririk. O üçüncü sinifdə oxuyanda biz bura köçmüşük. Ona görə də o özü də vətəni xatırlayır, darıxır və hər zaman onun barəsində hərarətlə danışır.

Turizm     Baxılıb: 320   Tarix: 16 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxabar az son.xeber son xeberler bugun 2025 muharibe bugünki xəbərlər