"Silk Way West Airlines" Yaponiyanın Narita şəhərinə ilk reysini elan edir

"Silk Way West Airlines" Yaponiyanın Narita şəhərinə ilk reysini elan edir"Silk Way West Airlines" Yaponiyanın Narita şəhərinə ilk reysini elan edir
"Silk Way West Airlines" Tokio Narita Hava Limanına həftədə iki dəfə həyata keçiriləcək yeni yük marşrutunun açılışını elan edir. Marşrut üzrə ilk reys 11 fevral 2021-ci il tarixinə planlaşdırılıb. "Silk Way West Airlines" və "Nippon Cargo Airlines" arasında imzalanan müqaviləyə əsasən, tərəfdaşlar Bakı ilə Tokionu birləşdirən birgə uçuşlar həyata keçirəcək.
Birbaşa müntəzəm uçuşlar vasitəsilə yüklər Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Yaponiyanın ən vacib beynəlxalq hava yük keçidi sayılan Narita Beynəlxalq Hava Limanına çatdırılacaq.
Qərargahı İpək Yolunun mərkəzi Bakı şəhərində yerləşən, Xəzər dənizi bölgəsinin hava yük daşımalarını həyata keçirən ən böyük şirkəti olan "Silk Way West Airlines"ın əsası 2012-ci ildə qoyulub. Aviaşirkət Şərqi Asiya, Yaxın Şərq, Orta Asiya, Avropa və ABŞ hava limanlarını əhatə edən hava yük şəbəkəsini daim genişləndirməkdədir.
"Silk Way West Airlines" 2018-ci ildən etibarən Bakını Osaka Kansai hava limanı ilə birləşdirən həftəlik uçuşları həyata keçirərək, Yaponiyanın hava yük daşımaları bazarına xidmət göstərir.
Bu ölkəyə yeni uçuşların başlanması ilə şirkət həm yapon, həm də beynəlxalq tərəfdaşlar üçün hava nəqliyyatı xidmətlərinin keyfiyyətini daim artırıb, getdikcə bölgənin yük daşıma şəbəkəsində daha da əhəmiyyətli rol oynayacaq.
"Yeni hava körpüsünün tariximizdə ilk dəfə olaraq iki paytaxt şəhərini birbaşa birləşdirəcəyindən, müntəzəm uçuş şəbəkəmizin coğrafi genişlənməsinin davam etməsindən məmnunuq. Artıq o, Şimali Asiyanı tamamilə əhatə edir", - deyə "Silk Way Group"un prezidenti cənab Zaur Axundov qeyd edib. "Eyni zamanda, yük xidmətlərinə olan qlobal tələbatı ödəmək üçün Bakı hava limanında hava nəqliyyatı infrastrukturunu daim inkişaf etdiririk və əminliklə deyə bilərəm ki, hər hansı bir yükə, o cümlədən, termohəssas yükləri qəbul etməyə tamamilə hazırıq", - deyə cənab Axundov əlavə edib.
"Bu yeni marşrutun açılması bölgədəki bir neçə tərəfdaşla uzun illər davam edən əməkdaşlığa daha da təkan verir və bu baxımdan "Silk Way Group"un İcraçı Müşaviri cənab Katsutoşi Tanaka və "Silk Way West Airlines"ın Yaponiya üzrə Regional Direktoru cənab Emre Mərcanın dəyərli töhfələrini vurğulamaq istərdim, onların birgə səyləri sayəsində "Silk Way West Airlines" və "Nippon Cargo Airlines" arasında müqavilə imzalanmışdır. Bu müqavilənin imzalanması "Silk "Way West Airlines" və yapon tərəfdaşlarımız arasındakı münasibətlər tarixində yeni bir səhifə açır", - "Silk Way West Airlines"ın prezidenti cənab Volfqanq Mayer belə deyib.
"Silk Way West Airlines"ın 2012-ci ildə əsası qoyulub və hazırda bu şirkət hər ay Avropa, Asiya, Şimali və Cənubi Amerikanın ölkələrinə 50-dən artıq istiqamətdə 250-dən çox müntəzəm və çarter reyslərini həyata keçirir. Şirkətin aviaparkı ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 15 "Boeing 747-400F" və "Boeing 747-8F" təyyarələrindən ibarətdir. Boeing aviakonserninin məlumatına əsasən, "Silk Way West" donanma böyüməsi dinamikası, uçuş coğrafiyasının genişlənməsi və daşınan yüklərin həcmi kimi meyarlara görə ən sürətli böyüyən aviadaşıyıcı kimi tanınıb. Bu gün bütün bu meyarlara görə aviaşirkət Avropada üçüncü yer tutur. /oxu.az

Turizm       Tarix: 27 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag son xeber xeberler bu qun xeberler az