"Simpsonlar"ın Trampla bağlı illər əvvəl verdiyi proqnoz üzə çıxdı - FOTO
"Simpsonlar"ın Trampla bağlı illər əvvəl verdiyi proqnoz üzə çıxdı - FOTO
ABŞ-nin 33 illik cizgi serialı "Simpsonlar"da yer alan daha bir maraqlı detal dünyada gündəmə çevrilib.
Cizgi filminin budəfəki proqnozu ABŞ-nin keçmiş prezidenti Donald Trampla bağlı olub. Belə ki, cizgi serialının 2015-ci ildə yayımlanan "Trumptastic Voyage" başlıqlı seriyasında Trampın 2024-cü il seçkilərində namizədliyini irəli sürəcəyi nümayiş olunub.
ABŞ-də keçirilən aralıq seçkilərindən sonra keçmiş prezident Donald Tramp Ağ Evə namizədliyini açıqlayıb.
2024-cü ildə keçiriləcək seçkilərdə namizədliyinə dair vaxtından tez bəyanat verən Tramp bununla bağlı tədbir təşkil edib. Tədbirdən sonra məşhur "The Simpsons" cizgi serialının prodüseri və ssenari müəllifi Al Jean sosial şəbəkədə paylaşım edib.
Jean tərəfindən paylaşılan görüntüdə serialın əsas personajlarından olan Homer Simpsonun uçuşu təsvir olunur, arxa planda isə üzərində "Trump 2024" yazılan plakat gözə dəyir.
Qeyd edək ki, məşhur cizgi film uzun illərdir öz proqnozları ilə dünyada gündəmə çevrilir.
Mənbə: "New York Post" / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR