"Sitrus vadisi"ndə bir gün - FOTO

"Sitrus vadisi"ndə bir gün - FOTO"Sitrus vadisi"ndə bir gün - FOTO
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC (ATT) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə "Şəhərdən Kəndə" layihəsi çərçivəsində "Sitrus vadisi" aqroturu təşkil olunub.
Oxu.Az-ın məlumatına görə, Lənkəran şəhərinin İstisu qəsəbəsində yerləşən "Citrus Valley" fermer təsərrüfatına təşkil olunmuş aqroturda Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər şəxsləri, beynəlxalq təşkilatların, müvafiq dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Aqroturun əsas məqsədi ölkəmizdə həyata keçirilən ilk aqroekoturizm layihəsi olan "Şəhərdən Kəndə" barədə xarici və yerli qonaqlara ətraflı məlumat vermək, onları yerli fermer təsərrüfatlarından biri ilə tanış etmək, eyni zamanda Lənkəran və Azərbaycanın digər regionlarında aqroekoturizmin inkişafına dəstək göstərmək olub.
Tədbirdə "Sitrus vadisi" təsərrüfatının sahibi fermer Rəftarə Şükürova bildirib ki, təsərrüfat sahəsi 15 hektar ərazini əhatə edir:
"Burada müxtəlif sitrus meyvələrinin yetişdirilməsi ilə məşğulam. Bir ildir ki, mən "Aqrar Tədarük və Təchizat" ASC ilə əməkdaşlıq edirəm. Bizim əməkdaşlığımız "Kənddən Şəhərə" layihəsi ilə başlayıb. İndi isə "Şəhərdən Kəndə" layihəsi çərçivəsində əməkdaşlıq edirik. İki aylıq əməkdaşlığımız çərçivəsində artıq 150-ə yaxın turisti qəbul etmişik".
Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov isə çıxışında ölkədə aqrar sahədə aparılan islahatlar barədə məlumat verib:
"Bu gün Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dövlət tərəfindən dəstək göstərilir. Aqrar sahədə islahatların aparılmasında məqsəd innovativ texnologiyaların tətbiqi ilə bağçılıq təsərrüfatlarında məhsuldarlığın artırılmasını təmin etməkdir. Ümid edirik ki, həyata keçirdiyimiz layihələr sayəsində aqrar turizmin inkişafı təmin olunacaq. Çalışacağıq ki, bir ildən sonra ölkəmizdə aqroturizmin daha böyük nəticələrini sizinlə bölüşək".
Aqrotur çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev Lənkəran rayonunda aqrar sahədəki inkişafdan bəhs edib: 
"Lənkəran çay, çəltik və sitrus təsərrüfatları ilə hər zaman məşhur olub. Bu tədbirin baş tutduğu İstisu qəsəbəsi rayonda ilk çay fabrikinin tikildiyi qəsəbədir. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı islahatlar nəticəsində biz Lənkəranda təsərrüfat sahələrini inkişaf etdirməyə davam edirik. Hal-hazırda Lənkəranda min hektardan artıq çəltik, 500 hektardan artıq isə çay becərilir".
Tədbirdə çıxış edən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Cey Sinqx aqroturizmin aqrobiznesin ən maraqlı sahələrindən biri olduğunu bildirib:
"Azərbaycanda kənd təsərrüfatının inkişafına investisiyamız Rəftarə Şükürova kimi fermer və sahibkarların bu sahəyə dəstək göstətməyə hazır olduqları üçün uğurlu oldu. Aqroturizm və qida emalı, qadınlar və gənclər də daxil olmaqla müxtəlif sahibkarlar qrupunu aqrar sektora cəlb edə biləcək aqrobiznesin maraqlı sahələridir.
Ümid edirik ki, onlar daha çox turisti ziyarət etməyə, yerli insanları burada qalmağa və Azərbaycanın gözəl bölgələrində yaşayışlarını qurmağa təşviq edə bilərlər. Qeyd edim ki, Aqroturizmi inkişaf etdirmək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat ilə USAID arasında tərəfdaşlığın yeni sahələrindən biridir".
"Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova isə qeyd edib ki, ölkəmizdə aqroturizm üçün hər cür şərait mövcuddur:
"Məqsədimiz fermerlərin məhsulların satışından asılılığını azaltmaqdır. Bu mənada aqroturizm ən yaxşı vasitələrdən biridir. Dünyanın çox ölkəsində bu praktika var. Biz də yerli və xarici qurumlarn, eləcə də KİV nümayəndələrinin dəstəyi ilə bu layihəni daha da kütləvi hala gətirmək istəyirik".
Tədbir çərçivəsində aqrotur iştirakçıları "Yaşıl çay" MMC-yə məxsus çay plantasiyasına da səfər ediblər. Burada qonaqlara çay bitkisinin becərilmə qaydaları və emal prosesi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi kiçik və orta fermer təsərrüfatlarını dəstəkləmək məqsədi ilə həyata keçirilir. Layihə fermer təsərrüfatı sahiblərinə təkcə məhsuldar dövrdə deyil, eləcə də qeyri-məhsuldar dövrdə əlavə gəlir qazanmaq imkanı verir. Layihə çərçivəsində mütəmadi olaraq hər həftəsonu Azərbaycanın müxtəlif regionlarında yerləşən təsərrüfatlara aqroekoturlar təşkil olunur. İştirakçılara alternativ istirahət imkanı verən turlar həm şəhər sakinləri, həm də xarici ölkə vətəndaşları tərəfindən maraqla qarşılanır.
"Şəhərdən Kəndə" aqroturları turistlərin aqrar sahə üzrə bilik və bacarıqlarını artırmalarına, bir və ya bir neçə günlük kənd həyatı yaşamalarına imkan yaradır.
"Sitrus vadisi"ndə bir gün - FOTO"Sitrus vadisi"ndə bir gün - FOTO"Sitrus vadisi"ndə bir gün - FOTO"Sitrus vadisi"ndə bir gün - FOTO"Sitrus vadisi"ndə bir gün - FOTO"Sitrus vadisi"ndə bir gün - FOTOİlhamə Əbülfət

Sosial       Tarix: 16 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər bugün 2026 xankendi xeber.az son xeberler beynelxalq bank mezenne