Situasiyanı analiz edərək, mütəxəssislərin rəylərini nəzərə alaraq bu qərar qəbul edilib və işləməyə başlayıb - Deputat
Dövlət Gömrük Komitəsi (DGK) ilə bağlı gedən müzakirələri izləyirəm. Hesab edirəm ki, istənilən qərar, ilk növbədə, araşdırmalar və mütəxəssislərin rəyi əsasında qəbul edilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na etdiyi dəyişikliklərin birdən-birə edilmədiyini söyləyib:
"Əlbəttə, daxili bazarın inkişafı, pandemiya dövründə zərərçəkmiş sahibkarların vəziyyətinin yaxşılaşdırılması kimi bir sıra faktorlar bu qərarın qəbul olunmasında rol oynayıb. Qərar qəbul edilib və bundan sonra həmin sahədəki məsələlər sözügedən qərarla tənzimlənəcək. Bununla belə, iddia edilmir ki, hansısa qərar əbədidir və heç vaxt dəyişdirilə bilməz. Situasiyanı analiz edərək, mütəxəssislərin rəylərini nəzərə alaraq bu qərar qəbul edilib və işləməyə başlayıb. Müəyyən bir dövrdən sonra bu qərar, doğrudan da, proseslərə müsbət təsir edərsə və eyni zamanda, problemi həll edirsə, davam edəcək. Yəni qəbul edilən qərar, ilk növbədə, özünü real həyatda göstərməlidir".
Millət vəkili bildirib ki, Nazirlər Kabinetinin yeni qərarı bu gün ortada olan müəyyən problemlərin həlli üçün hesablanıb: "Sonrakı proseslər göstərəcək ki, qərar düzdür, yoxsa səhvdir. Hər halda dünya ölkələrinin hamısı bu təcrübədən istifadə edir".
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar