"SOCAR Petroleum" müştəriləri hər yanacaq alışında kəşbəklər əldə edəcəklər
"SOCAR Petroleum" müştəriləri hər yanacaq alışında kəşbəklər əldə edəcəklər
"SOCAR Petroleum" müştəriləri hər yanacaq alışı həyata keçirdikdə bonus şəklində keşbəklər əldə edə biləcəklər.
Bu barədə Oxu.Az-a açıqlamasında "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.
Onun sözlərinə görə, "SOCAR Petroleum" müştəriləri üçün növbəti dövrdə bonus sistemini tətbiq etməyi planlaşdırır, bu sistemin tətbiqi üzərində işlər aparılır:
"Belə ki, hər bir müştəri yanacaqdoldurma həcminə görə ödəniş etdiyi məbləğə əsasən, keşbək əldə edə biləcək. Yəni, "SOCAR Petroleum"dan əldə edilən yanacaq dəyərinə müvafiq olaraq həmin məbləğin bir qismi müştərinin hesabına geri qaytarılır və bu bonuslar kəşbək olaraq istifadəçinin kartında yığılır".
Ü.Həbibbəyli bildirib ki, belə bir plan perspektivdə mövcuddur və hələlik bonus sisteminin tətbiqi üzərində işlər gedir. O qeyd edib ki, bu xidmət aktiv edildikdə müştərilər QR kod sisteminə qoşulmaqla və eyni zamanda, mövcud "SOCAR Petroleum" kartları vasitəsilə bu fürsətdən yararlana bilərlər.
Nigar Məmmədova
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü