SOCAR Türkiyənin təyyarə yanacağı bazarındakı hədəflərini açıqladı - ÖZƏL
SOCAR Türkiyənin təyyarə yanacağı bazarındakı hədəflərini açıqladı - ÖZƏL
"SOCAR Aviation" 2021-ci ildə Türkiyə təyyarə yanacağı bazarında 13 faiz paya sahib olacaq.
Qurumdan Oxu.Az-ın sorğusuna əsasən verilən məlumata görə, 2021-ci ildə ümumilikdə 50 min təyyarəyə yanacaq verilməsi planlaşdırılır.
Məlumatda qeyd edilir ki, cari ildən etibarən "SOCAR Aviation" Türkiyənin ən böyük 10 hava limanında xidmət göstərir. Hazırda onun Türkiyədəki fəaliyyəti İstanbul, Sabiha Gökçen, Ankara, Antalya, İzmir, Dalaman, Bodrum, Trabzon, Samsun, Adana hava limanlarını əhatə edir.
"Avropanın ən tez böyüyən təyyarə yanacağı bazarı özəlliyinə malik Türkiyədə satış şəbəkəsini genişləndirmək və "SOCAR Aviation" olaraq daha çox hava limanına və hava yolu müştərilərinə yanacaq çatdırmaq əsas hədəfimizdir", - deyə şirkətdən bildirilib.
Xatırladaq ki, 2020-ci ilin iyul ayında "SOCAR Aviation Bodrum Milas" və 2020-ci ilin dekabr ayında isə "SOCAR Aviation İzmir Adnan Menderes" hava limanı təchizatı təsisləri istifadəyə verilib.
Qeyd olunur ki, bu iki müəssisə SOCAR tərəfindən idarə olunan ilk aviasiya obyektləridir.
Nigar Məmmədova

Valyuta əməliyyatları bu qaydada aparılacaq - Dəyişiklik
İradə İbrahimova üzgərmə əməliyyatı etdirib? - Özündən açıqlama
Qohumunun mağazasını soydu
Goranboyda ağır QƏZA - 7 nəfər yaralandı
Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Aİ-nin etibarlı tərəfdaşıdır
Prezident ailəsi ilə sərgidə - Fotolar
Prezident Kaya Kallası qəbul etdi - FOTOLAR
Yelo App-də əmanət girovlu kredit artıq onlayndır
Azərbaycanlı müğənni sevgilisinə səsləndi: 'Yaxşı ki, varsan, üzümü güldürürsən
Kameron Diazın üçüncü övladı oldu
Türkiyəli sosial media fenomeni 3 günə 1 milyon qazandı
"Qorxudan sarılıq keçirtdim, həkim səhv müalicə etdi, belə oldum
İstanbulda bərədə itkin düşən azərbaycanlı qadının meyiti tapılıb - FOTO
Lavrov və Rubio Rusiya-ABŞ münasibətlərini müzakirə etdi
Belarus XİN Ermənistan səfirliyinə nota verdi