Son 10 ilin ən maraqlı kəşfləri

Son 10 ilin ən maraqlı kəşfləriSon 10 ilin ən maraqlı kəşfləri
Son on il ərzində alimlər bir sıra mühüm kəşflər  edib və təcrübələr apararaq maraqlı nəticələr əldə ediblər.
Onlar yenidən istifadə edilən raketləri icad edib, Marsa iki aparat göndərib və günəş sistemimizdən kənarda planetləri tapıblar. Eyni zamanda onlar bizim planetin, onun tarixinin və inkişafının öyrənilməsində  müəyyən uğur əldə ediblər.
Beləliklə, alimlərin son 10 il ərzində əldə etdikləri ən böyük 39 nailiyyəti təqdim edirik:
1. 2010-cu ilin martında antropoloqlar Sibirdə Denisov mağarasında əl barmağının kiçik bir sümüyünü tapdılar. Onlar müəyyən etdilər ki, tapıntı insan əcdadlarının əvvəllər bilinməyən  növünə məxsusdur.
2. Alimlər Denisov mağarasında barmaq sümüyünü aşkar etdikdən sonra, genetiklər neandertalın genomunun şifrəsini açıb qurtara bidilər.
3. 2010-cu il antropologiya üçün uğurlu idi, lakin 2011-ci il kosmos nailiyyətləri ili oldu. Belə ki, NASA Marsa yeni "Curiosity" özüyeriyən aparatı göndərdi.
4. 2011-ci ilin noyabrında NASA digər planetlərin axtarışı ilə məşğul olan Kepler teleskopunun ilk potensial sakinli "Kepler 22-b" planetini  aşkar etdiyini bəyan etdi.
5. Kosmosun mənimsənilməsində böyük nailiyyətlər 2012-ci ildə də əldə edilir. Həmin ilin  noyabr ayında NASA-nın "Voyager 1" zondu Günəş sistemini tərk edərək ulduzlarası məkana yollandı.
6. 2012-ci ilin may ayında İlon Maskın aerokosmik şirkəti "SpaceX"  BKS-ya ilk kommersiya kosmik aparatını göndərdi.
7. 2012-ci ildə digər sahələr də inkişaf edirdilər.  Fiziklər Boson Higgza adlandırılan yeni  hissəcik növünü aşkar etdiklərini bildirdilər.
8. Həmçinin 2012-ci ildə "CRİSPR-Cas9" geninin redaktə texnologiyasının istifadəsi üçün patent təsdiq edildi.
9. 2013-cü ildə NASA astronomları Yupiterin peyki Avropanın səthində buxar  aşkar etdilər.
10. 2013-cü ildə NASA-nın "Curiosity" özüyeriyəni sübut etdi ki,  Qırmızı planet nəinki səthində maye su olan yeganə planetdir, həm də orada yaşayış ola bilər.
11. O vaxtdan bəri Marsda ən azı bir yeraltı göldə maye su olduğunu sübut edən digər dəlillər də tapılıb.
12. Noyabr ayında fiziklər Antarktika buzları altında naytrino adlanan 28 hissəcik tapdılar. Alimlərin fikrincə, bu neytrinolar mənşəcə günəş sistemimizə aid deyillər.
13. 2013-cü ildə laboratoriya şəraitində ilk hamburger yetişdirildi.
14. Avropa Kosmik Agentliyi 2014-cü ilin noyabr ayında "Rosetta" zondının kometaya enməsi ilə diqqət mərkəzində oldu.
15. 2015-ci ildə antropoloq Li Berger Cənubi Afrikadakı komandasının insanın əcdadının yeni növünü aşkar etdiyini elan etdi. Bu növə "Homo Naledi" adı verildi.
16. 2015-ci ildə alimlər ilk dəfə olaraq epigenom xəritəsini tərtib etdilər.
17. 2015-ci ildə insanlar ilk dəfə olaraq  Plutonu yaxından görürlər. Belə ki, bu il NASA-nın "New Horizons" zondu cırtdan planetə yaxınlaşır.
18. NASA-nın daha bir kosmik aparatı - "Cassini"-  2015-ci ildə  yeni nailiyyətlər əldə etdi. Sentyabr ayında astronomlar Saturnun peyki Entseladenun buz qatının altında maye okeanların mövcudluğunu təsdiqlədiklərini elan etdilər.
19. 2015 - ci ildə "Space X" şirkəti ilk dəfə olaraq təkrar istifadə edilən "Falcon 9" raketini işə saldı və bərpa etdi.
20. 2016-cı ildə "Google"un "DeepMind" bölməsi tərəfindən hazırlanmış "AlphaGo" adlı süni intellekt proqramı "Go" oyununda dünya çempionunu beş matçdan dördündə udub.
 21. 2016-cı ildə fiziklər milyardlarla işıq ili məsafəsində iki qara dəliyin toqquşmasını aşkar ediblər.
22. 2016-cı ildə astronomlar yerin orbitindən 10 dəfə böyük ölçüdə müəmmalı planet və ya kosmik obyektin xarici Günəş sistemində olduğunu sübut etdilər. Obyektə "Planet 9" adı verildi.
23. 2017-ci ildə geoloqlar Sakit okeanda Zilandiya adlanan yeni qitə aşkar etdiklərini bəyan etdilər.
24. 2017-ci ildə genetika sahəsində sıçrayış oldu: alimlər sintetik DNT yaratdılar.
25. Bu il, həmçinin pilotsuz avtomobillərin inkişafında uğurlu il oldu.
26. 2017-ci ildə astronomlar, eləcə də iki neytron ulduzun toqquşmasını müşahidə etdilər.
27. Elə həmin ildə Havay astronomiya Rəsədxanasında tədqiqatçılar günəş sistemimizdə ilk ulduzlararası obyekti müşahidə etdilər. Həmin obyektə Oumuamua adı verildi.
28. 2017-ci ildə astronomlar uğursuzluqlara da uğramışdılar. Belə ki, həmin ilin oktyabr ayında astronomlar Saturna uçan Cassini aparatını itirirlər.
29. 2017-ci ilin sonunda ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) kor xəstələr üçün yeni gen terapiyasını təsdiqlədi.
30. Növbəti il isə genetika dünyasından heyrətamiz xəbərlər yayıldı: Çin alimi Xe Tszyankuy insan embrionlarını genetik  modifikasiya etməyi bacardığını elan etdi.
31. 2019-cu il noyabrın 26-da NASA-nın daha bir özüyeriyəni – "InSight" - Marsa enib.
32. 2018 - ci ildə alimlər qənaətə gəldilər ki, karbon dioksidinin səviyyəsi son 800 min il ərzində maksimum səviyyəyə çatıb.
33. İqlim problemlərini araşdıran alimlər Antarktika və Qrenlandiyada buz örtüyünün əridiyini aşkar ediblər. Onlar vurğulayırlar ki, proses olduqca sürətlə gedir.
34. 2019-cu ilin  yanvarın 1-də NASA-nın kosmik aparatı "New Horizons"  Yerdən 4 milyard mil məsafədə dağ böyüklüyündə naməlum obyekt aşkar etdi.
35. 2019-cu ilin iyulunda Yaponiyanın kosmik aparatı Rüqu asteroidinin səthinə endi.
36. 2019-cu il eləcə də qara dəliklərin öyrənilməsi sahəsində kəşflər ili oldu. Aprel ayında "Event Horizon Telescope" komandası qara dəliyin ilk görüntüsünü dərc etdi.
37. NASA-nın alimləri günəş sistemimizdən kənarda sakinləri ola biləcək ekzoplanet aşkar etdilər.
38. 30 il müddətində aparılan tədqiqat və işlərdən sonra,  2019-cu ilin aprel ayında malyariyaya qarşı ilk peyvənd proqramı işə başladı.
39. 2019-cu ilin dekabrında Ümumdünya Səhiyyə Təşkilatı Ebola peyvəndini təsdiqlədi. Bu, onun lisenziyalaşdırılmasının sürətləndirilməsi istiqamətində mühüm addım oldu. /oxu.az

Maraqlı       Tarix: 14 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər son xeberler azerbaycan novruz bayramı azerbaycanda son xeberler