Son 21 gündə iki vəzifəsini itirdi
Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.
KONKRET.az-ın məlumatına görə, ötən seçkidə vitse-prezident seçilən gənclər və idman naziri Fərid Qayıbov bu dəfə etimad qazanmayıb və vəzifəsini itirib.
Bu, Fərid Qayıbovun son 21 gündə itirdiyi ikinci vəzifəsi olub. Belə ki, Prezident İlham Əliyev ötən ayın 29-da 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, ötən il Təşkilat Komitəsinin sədri olan Fərid Qayıbovu bu vəzifədə Baş nazirin müavini Samir Şərifov əvəz edib. Fərid Qayıbov isə Təşkilat Komitəsinin ilk iclasına S.Şərifovun müavini kimi qatılıb.
Qeyd edək ki, MOK-un İcraiyyə Komitəsinin yeni üzvləri arasında Fərid Qayıbovun sabiq müavini Mariana Vasileva da yer almayıb. O, ötən ay nazir müavini vəzifəsindən azad edilib. Mariana Vasileva idmançılara qarşı fiziki zorakılıqda ittiham edilirdi, hətta buna görə Gimnastika Etikası Fondu tərəfindən ömürlük diskvalifikasiya olunub. Fərid Qayıbovun isə işdən çıxarılan müavini ilə selfi paylaşması birmənalı qarşılanmamışdı.//"Qafqazinfo"

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı