Son 6 ayda Azərbaycanda neftə nisbətən qaz hasilatı 11 faizdən çox artıb

Son 6 ayda Azərbaycanda neftə nisbətən qaz hasilatı 11 faizdən çox artıb2020-ci ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 milyon ton az olub. Respublika üzrə hasil edilmiş neftin 12,2 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 1,9 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə hasilat isə 3,7 milyon ton təşkil edib.
Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, birinci yarımildə 14,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, təxminən, 900 min ton, yəni 5,9 faiz azdır. Neft-kondensatın 14,1 milyon tonu konsorsium, 0,6 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 11 faizdən çox, yəni 2 milyard kubmetrə yaxın artımla 19,3 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 6,3 milyard kubmetri AÇG-dən, 9,4 milyard kubmetri isə "Şahdəniz"dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3,6 milyard kubmetr qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 6,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24,5 faiz çox, yəni 5,2 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,3 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,9 milyard kubmetr qaz nəql olunub.
2018-ci ilin iyun ayının 30-dan 2020- ci ilin iyul ayının 1-dək TANAP-la Türkiyəyə 5,8 milyard kubmetr qaz nəql edilib.
Azəri-Çıraq-Günəşli və "Şahdəniz" yataqları istismara veriləndən 1 iyul tarixinədək ümumilikdə 541,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 512,6 milyon ton, "Şahdəniz"dən isə 28,6 milyon ton kondensat çıxarılıb. Azəri-Çıraq-Günəşli və "Şahdəniz" yataqları istismara veriləndən 2020-ci ilin 1 iyul tarixinədək 541,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Bu dövrdə "Azəri-Çıraq-Günəşli"dən 171,2 milyard kubmetr, "Şahdəniz"dən isə 126,3 milyard kubmetr qaz hasil edilib. "Şahdəniz" yatağı istismara veriləndən cari ilin 1 iyul tarixinədək 83,5 milyard kubmetr qaz ixraca nəql edilib.
Ölkədə neft emalı isə 2020-ci ilin 6 ayında 3 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton az olub.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 09 iyul 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar valyuta mezennesi hava kriminal xeber