SON DƏQİQƏ: Banqladeşin baş naziri istefa verdi və ölkəni tərk etdi
Banqladeşin baş naziri Şeyx Hasina iğtişaşlar fonunda istefa verib və ölkəni tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə ordudakı mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.
"Hasina istefa verib və ölkəni tərk edib", – agentliyin açıqlamasında deyilir.
Daha əvvəl məlumat verilmişdi ki, Şeyx Hasina və onun bacısı Dakkadakı rəsmi iqamətgahını tərk edərək, iğtişaşlar fonunda daha təhlükəsiz yerə gediblər. Telekanallardan biri Hasinanın istefa verdiyi və ölkəni tərk edə biləcəyi barədə məlumat yayıb.
Tələbələrin "Ayrı-seçkiliyə Qarşı Hərəkatı"nın avqustun 4-də başladığı aksiyadan sonra Dəkkədə və ölkə daxilində etirazlar və nümayişlər başlayıb. Tələbələrlə polis arasında toqquşmalar iğtişaşlara çevrilib.
KİV-in məlumatına görə, minlərlə etirazçı baş nazirin sarayına hücum edib, avtomobilləri yandırıb və polislə toqquşub. Onlar baş nazirin vəzifəsindən getməsini tələb ediblər.
Etirazlar zamanı 14-ə yaxın polis də daxil olmaqla 100-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.
Banqladeş hökuməti Dəkkə və ölkənin digər şəhərlərində komendant saatı tətbiq edib. Avqustun 5-7-si ölkədə istirahət günləri elan edilib.
Günel Mikayılova,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar