Son üç ildə pensiya və müavinət nə qədər artıb? - FOTO

Son üç ildə pensiya və müavinət nə qədər artıb? - FOTOSon üç ildə pensiya və müavinət nə qədər artıb? - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son üç ildə pensiya və müavinətin orta aylıq məbləğlərinin artım statistikasını təqdim edib.
2018-2020-ci illərdə pensiyaların minimal məbləği 82% artaraq 200 manat, orta aylıq məbləği 43% artaraq 298 manat təşkil edib. O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 40% artaraq 328 manata, əlilliyə görə pensiyaların orta aylıq məbləği 49% artaraq 261 manata, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 46% artaraq 240 manata çatıb.
Artım tempi müavinət və təqaüdlərdə, ünvanlı sosial yardımlarda da özünü göstərib. Son üç ildə müavinətlərin orta aylıq məbləği 95%, maksimum məbləği 65% artmaqla müvafiq olaraq 119 manata və 150 manata çatıb. Təqaüdün maksimum məbləğində 54% artım baş verib və bu məbləğ 1300 manatdan 2000 manata yüksəlib.
Ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləği 61% artaraq 240 manata çatıb. Bu artımın əsasında eyni zamanda ehtiyac meyarı həddinin ildən-ilə artırılması dayanır. Ehtiyac meyarı həddi 2018-2020-ci illərdə 116 manatdan 160 manata çatdırılıb, 38% artıb. Yaşayış minimumunun məbləği də son üç ildə 23% artırılaraq 155 manatdan 190 manata çatdırılıb.
Bütün bu artım dinamikası həmin ödənişlərə yönəldilən vəsaitlərin də artırılmasını şərtləndirmiş olur. Belə ki, 2018-2020-ci illərdə pensiya istiqaməti üzrə ayrılan illik vəsait 36% və ya 1 milyard 188 milyon manat artaraq 4 milyard 477 milyon manata, müavinətlərə ayrılan illik vəsait 120 faiz artaraq 613 milyon manata, təqaüdlərə ayrılan illik vəsait isə 3,5 dəfə artaraq 326 milyon manata çatıb.
Ümumilikdə büdcədən müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə illik xərclərin həcmində 97% artım özünü göstərməklə bu xərclər 588 milyon manatdan 1 milyard 156 milyon manata çatıb.
Son üç ilin timsalında sosial ödənişlərdə baş verən ciddi artımlar ölkəmizin uğurlu inkişafı şəraitində bu artımların qarşıdakı dövrdə də ardıcıl şəkildə davam edəcəyini qeyd etməyə əsas verir.
Son üç ildə pensiya və müavinət nə qədər artıb? - FOTOSon üç ildə pensiya və müavinət nə qədər artıb? - FOTO

Sosial       Tarix: 18 fevral 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber saytlari axsam az xeberler xeber.az bu gun futbol xeberleri