Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması üzrə standartlar təsdiqləndi

Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması üzrə standartlar təsdiqləndiSosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması üzrə standartlar təsdiqləndi
Nazirlər Kabineti "Məşğulluq haqqında" Qanuna əsasən hazırlanmış "Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları"nı təsdiq edib. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial müəssisələr, habelə kvotadan əlavə iş yerləri yaradıla bilər.
Standartlara görə, bu müəssisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin hüquqi və ya fiziki şəxs tərəfindən yaradıla bilər.
Sosial müəssisələr və kvotadan əlavə iş yerləri Əmək Məcəlləsində müəyyən edilmiş hüquq normaları əsasında əmək şəraiti ilə təmin olunmalı, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan kvotadan əlavə iş yerləri isə "Əlilliyi olan şəxslərin iş yerlərinin standartları"na uyğun yaradılmalıdır. Həmin şəxslər bu iş yerlərində "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna uyğun olaraq təsdiq edilmiş "Fərdi Reabilitasiya Proqramı" nəzərə alınaraq iş yerləri ilə təmin edilməlidir.
Eyni zamanda, Standartlara görə, sosial müəssisələrdə işçilərin orta illik sayının azı 80 faizini Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq qurumları və ya "DOST" mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər təşkil etməlidir.
Bu şəxslərin sırasına isə Qanuna uyğun olaraq, əlilliyi olan şəxslər, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxildirlər. 
Onlara işə cəlb olunduqları sosial müəssisə və iş yerlərində məşğulluq imkanlarının artırılması üçün təlim, o cümlədən peşəyönümü və peşə hazırlığı istiqamətində məsləhət xidmətlərinin göstərilməsi, peşə-əmək reabilitasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi və s. də Standartlarda yer alıb. Həmçinin qeyd edilir ki, kvotadan əlavə iş yerləri müəssisədə əvvəldən işləyən işçilərin işdən azad edilməsi yolu ilə yaradıla bilməz, müəssisədə mövcud olan daimi vakansiyalar isə əlavə iş yerləri hesab edilmir.
Qeyd edək ki, kvota dedikdə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədilə qanunvericiliklə işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayı nəzərdə tutulur. /oxu.az

Sosial       Tarix: 21 mart 2020
f Paylaş

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az sonxeber axsam.az xeberler azerbaycanda son xeberler