Sosial yardım düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanıldı
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə pullarını mənimsəyən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azxeber.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən rayonun Həsənli kənd sakini Emin Əsgərov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs bir neçə rayon sakininin etibarından istifadə edərək, onlara ünvanlı dövlət sosial yardımı düzəldəcəyi barədə yalan vədlər verərək pullarını dələduzluq yolu ilə mənimsəyib.
Polis əməkdaşları Emin Əsgərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
Mbappe Messini keçdi
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin…
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
SEPAH bu ölkəyə ballistik raketlə hücum etdi
Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... – Dəhşətli qətlin TƏFƏRRÜATI
Azərbaycan üçün yeni imkanlar açılır – Avropa ilə milyardlıq əməkdaşlıq
Samuxda "MAZ" çaya aşdı - Ölən və xəsarət alanlar var
Ucuz generator almağın hansı riskləri var?
Sumqayıtda evdən cansız bədən TAPILDI
İqbal Ağazadənin hesabı oğurlandı, Ləman Ələşrəfqızı isə... - ŞOK DƏLƏDUZLUQ