"Sovetski"dən qalan bir parça: Eyvanlar dağılmaq ərəfəsində, sakinlər köçmək arzusunda - REPORTAJ + FOTO

"Sovetski"dən qalan bir parça: Eyvanlar dağılmaq ərəfəsində, sakinlər köçmək arzusunda - REPORTAJ + FOTO
"Sovetski" problemi uzun illərdir ki, sözün əsl mənasında Bakı sakinlərinin probleminə çevrilib. Bir neçə il söküntü işləri aparıldı, sonra isə dayandırıldı. İstismar müddətini başa vuran binaların sökülməsi təqdirəlayiqdir. Lakin bəzi binalar var ki, onlar bizim tariximizi, keçmişimizi özündə qoruyub-saxlayır.
Bunlardan biri də "Sovetski"dəki neft sərmayədarı Fətullah bəy Rüstəmbəyovun şəxsi evidir. 1911-ci ildə tikilən bina sonradan sakinlərin istismarına verilib. Onlar isə hazırda orada yaşamaq istəmirlər. Bir qismi 100-dən çox yaşı olan binanın sökülməsinin tərəfdarı olmasa da, əksəriyyət köçmək istəyir.
Oxu.Az-ın əməkdaşları vəziyyəti araşdırmaq üçün hər kəsin "Sovetski" kimi tanıdığı Yasamal rayonu Səid Rüstəmov 49 ünvanına baş çəkiblər.
Təzəpir məscidinin yaxınlığında evlər söküldüyündən ərazi xarabalığı xatırladır. Sakitlikdir. Ətrafa nəzər yetirdikdə üstü təkərlə örtülmüş kanalizasiya quyusu diqqətimizi çəkir. Belə başa düşürük ki, qapağı olmadığı üçün sakinlər kanalizasiya quyusunun üzərini örtməyə çalışıblar.
Sözügedən üçmərtəbəli binaya çatırıq. Giriş qapısını çətinliklə açırıq. İçəri alaqaranlıqdır. İlk mərtəbədəki qapını döyürük. Ancaq sakin qapının arxasından danışmaq istəmədiyini qeyd edir.
İkinci mərtəbənin sakini də danışmaqda maraqlı deyil. Üçüncü mərtəbədəki gülərüz simalı xanım qonşularının qaradinməzliyini unutdurur.  
Sakin Ülviyyə Məcidova dünyaya göz açandan bu mənzildə yaşadığını dilə gətirir:
"Doğulandan burada yaşayıram. Hətta anam 1947-ci ildə burada dünyaya gəlib. Uşaqlığı burada keçib. Bina 1911-ci ildə tikilib. Mən tək yaşayıram. Birinci və ikinci mərtəbənin hərəsində bir ailə yaşayır. Ümumi binada dörd ailə var. Bizdə mənzil üçotaqlıdır".
Ü.Məcidovanın sözlərinə görə, evin içi səliqəli olsa da, bina təhlükə saçır:
"Müraciət edilib. Baxan yoxdur. İçərisi səliqəlidir, təhlükə hiss olunmur, amma əslində, belə deyil. Köçürülmə ilə bağlı heç nə deyilməyib. Pəncərələr, eyvanlar təhlükəlidir. Eyvana çıxmıram. Çünki tərpənir. Kanalizasiya quyularının üstü açıqdır. Antisanitariya şəraiti hökm sürür. Axşam qaranlıq olur. Elektrik kabelləri çəkilsə də, işıq yoxdur.
Bir dəfə külək əsəndə pəncərə uçdu. Lakin xoşbəxtlikdən, kiminsə başına düşmədi. İllərdir ki, bu vəziyyətdə yaşayırıq. Ortadakı binalar söküldü. Boşluq sahə olduğu üçün burada zibilləri də yandırırlar. Axşam itlərə görə çölə çıxmırıq. İnsanlar əziyyət çəkirlər".
Xanımla söhbəti yekunlaşdırıb həyətə düşürük. Həyətdə üçüncü mərtəbədə yaşayan sakin Polad Əliyevlə qarşılaşırıq. Evinin içini göstərmək istəməsə də, çətin vəziyyətdə yaşadıqlarını söyləyir:
"1993-cü ildən burada yaşayıram. Əziyyət çəkirik. Xəstəlik içərisində yaşayırıq. Kanalizasiya quyusu açıqdır. İnsanlar yıxılmasınlar deyə üzərini təkərlə qapatmağa çalışmışıq. Axşamlar qaranlıq olur. Kabellər var. Lakin nə zaman şəbəkəyə qoşacaqları məlum deyil. O qaranlıq da azmış kimi, küçə itləri ilə mübarizə aparırıq. Çölə çıxılası deyil. Köçürüləcəyimiz günü gözləyirik. Ümidlə yaşayırıq".
Tələsdiyi üçün söhbəti tez yekunlaşdırıb uzaqlaşır. Sakinlərdən daha biri ilə söhbətləşirik. Özünü təqdim etmək istəmir, amma vurğulayır ki, heç bir qurum vəziyyətlə maraqlanmır:
"Acınacaqlı vəziyyətdə yaşayırıq. Bir qurum da maraqlanmır. Bilmirik, bura söküləcək, yoxsa yox. Xəstəlik baş alıb gedir. 1991-ci ildən burada yaşayıram. Heç kəs adama cavab vermir. Sökülmürsə, deyin, işimizi bilək. Köhnədir, uçulur. Eyvan bir gün kiminsə başına uçacaq. Ömrümüz gedib, şikəst adamıq. Bir qurum bizə kömək etsin. Siçovul, ilan və itlərlə mübarizə aparırıq".
Xatırladaq ki, Səid Rüstəmov küçəsində son söküntü işləri 2020-ci ildə aparılıb. Daha sonra isə dayandırılıb.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı       Tarix: 05 may 2023
f Paylaş

Oxşar xəbərlər

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun son xeberler bugun 2026 canli ensonxeberler zelzele