Şoyqu Azərbaycana niyə səfər edib? - "Onun siyasi nüfuzu aşağıdır"
Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrandan sonra Azərbaycana səfər edib. O, Prezident İlham Əliyelə ikitərəfli münasibətlərin gündəliyini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib. Maraqlıdır, Rusiya rəsmisinin İrandan Azərbaycana səfər etməsi regionda baş verən proseslərlə əlaqəli ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov, Sergey Soyqunun Rusiyada siyasi nüfuzunun aşağı olduğunu qeyd etdi:
"Şoyqu regionda hər hansı məsələləri həll edə biləcək nüfuza sahib deyil. Tərəflər ümumi məsələləri müzakirə ediblər. Azərbaycan və Rusiya rəhbərlərinin əlaqələri yaxşıdır. Problem olarsa, telefon danışığı əsnasında bunu həll edə bilərlər. Ona görə də hər hansısa ölkə rəsmisinin Azərbaycana səfərinə bu qədər əhəmiyyət vermək lazım deyil".
Sabiq nazir erməni mediasının iddialarına da aydınlıq gətirdi:
"Baxın, belə rəsmilərin səfərləri adətən protokol əhəmiyyətli olur. Ermənilər isə süni ajiotaj yaradaraq qeyd edirlər ki, Şoyqunun səfəri guya bizim ərazimizdən İsrailin İrana qarşı istifadə etməsinə mane olmaqdır. Bir çox qüvvələr istəyir ki, bu qarşıdurmada Azərbaycanın adını hallandırsın. Amma biz bəyan etdiyimiz prinsiplərə sadiqik. Ərazimizdən istifadə edərək qonşu dövlətlərə hər hansı təhdid formalaşdırıla bilməz".
T.Zülfüqarov Zəngəzur dəhlizinin açılmasında bəzi ölkələrin həlledici rol oynamaq istəyindən də danışdı:
"Regiondan kənar bəzi qüvvələr çalışırlar ki, Zəngəzur dəhlizi ilə bağlı həlledici formada rol oynasınlar. İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyyid Əli Xamenei, həmçinin, Rusiya və ABŞ kimi ölkələrin rəsmiləri məsələ ilə bağlı fərqli mövqe sərgiləyirlər. Biz isə tarixi əldaləti bərpa etmək istəyirik. Bolşeviklərin siyasəti nəticəsində ərazilərimiz qeyri-qanuni şəkildə bizdən qoparılmışdı. Maraqlarımız təmin olunmalıdır və ona uyğun hərəkət edirik".
Məlik Məlik,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar