Şoyqudan Hakan Fidana: Buna hazıram
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Türkiyənin xarici işlər naziri Hakan Fidanla işçi görüş keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası Aparatının mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Şoyqu türkiyəli həmkarına cari ilin üçüncü rübündə təhlükəsizlik məsələləri üzrə tam formatlı ikitərəfli məsləhətləşmələr keçirməyi təklif edib.
"Təhlükəsizlik şuraları xətti ilə Rusiya-Türkiyə əlaqələrinin artırılmasına hazıram. Fürsətdən istifadə edərək Milli Kəşfiyyat Təşkilatının rəhbəri Kalın, müdafiə naziri Güler, eləcə də uyğun vaxtda Rusiyada gözlədiyim Türkiyə Cümhuriyyətinin Milli Təhlükəsizlik Şurasının Baş katibi Hacımüftüoğluna salamlarımı çatdırmağı xahiş edirəm. Üçüncü rübdə Moskva və ya Ankarada təhlükəsizlik məsələləri üzrə tam formatlı ikitərəfli məsləhətləşmələr keçirməyi təklif edirəm", – deyə Şoyqunun mətbuat xidməti sitat gətirir.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası aparatında dəqiqləşdiriblər ki, tərəflər təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli formatda Rusiya-Türkiyə əməkdaşlığı məsələlərini müzakirə ediblər. "Strateji bərabərhüquqlu tərəfdaşlığı, o cümlədən beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində inkişaf etdirmək niyyəti təsdiq olunub", – məlumatda deyilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu