Stomatoloq Nəriman Cabbarlı ilə müsahibə: "Almaniyada minə yaxın azərbaycanlı həkim çalışır

Stomatoloq Nəriman Cabbarlı ilə müsahibə: "Almaniyada minə yaxın azərbaycanlı həkim çalışırStomatoloq Nəriman Cabbarlı ilə müsahibə: "Almaniyada minə yaxın azərbaycanlı həkim çalışır"
Uğur qazanmış insanların hekayələri motivasiya verir... Xüsusən xaricdə yaşayan həmvətənlərimizin uğurlarını müşahidə etmək çox xoşdur. Həkim-stomatoloq Nəriman Cabbarlı 10 ildən çoxdur ki, Almaniyada çalışır.
Stomatoloq Nəriman Cabbarlı ilə müsahibə: "Almaniyada minə yaxın azərbaycanlı həkim çalışırMedia.Az-la söhbətində həmvətənimiz Almaniyaya köçməsi, diplomun təsdiqlənməsi ilə bağlı çətinliklər, gəliri və bu ölkədə stomatoloqların imkanları, həmçinin Vətəndən uzaqda həyatı ilə bağlı danışıb.
- Hansı məqsədlə Almaniyaya köçmüsünüz?
- Bakıda universiteti bitirdikdən sonra artıq başqa ölkədə ixtisasımı artırmaq barədə düşünürdüm. Bu məqsədlə Ukrayna, Rusiya, Türkiyə, ABŞ və Almaniya kimi ölkələri nəzərdən keçirirdim. Nəticədə seçimim Almaniya oldu, çünki burada 2003-cü ildən həkim-neyrocərrah olaraq çalışan qardaşım yaşayır. Düşündüm ki, tanış insanın olduğu ölkəyə köçmək daha yaxşı olar.
Bundan əlavə hələ tələbə olarkən, mən Frayburq Universitetinin klinikasında təcrübə keçmişdim. İnternaturadan dərhal sonra Almaniyaya yollandım, bu klinikada işə başladım. Mənə qalmağı təklif etdilər və mən bunu təcrübə qazanmaq üçün əvəzolunmaz imkan kimi qiymətləndirdim. Hazırda mən Frankfurt və Manheym arasında yerləşən Vorms şəhərində yaşayıram və özəl stomatoloji klinikada çalışıram.
- Yeni ölkədə qarşılaşdığınız çətinliklər oldumu?
- Əlbəttə, mən alman dilini hələ Azərbaycanda olarkən kursa getməklə öyrənməyə başladım. Ancaq ölkəyə gəlib, daimi alman dilini eşitmək tamamilə başqadır. Almaniyada həkim kimi çalışmaq üçün diplomu təsdiqlətmək gərəkdir. Stomatoloq Nəriman Cabbarlı ilə müsahibə: "Almaniyada minə yaxın azərbaycanlı həkim çalışırÇox çətin imtahandan keçmək lazımdır. Digər ixtisaslar üzrə həkimlərin çox olduğu halda, stomatoloqlar çox azdır, ona görə də diplomun tanınması prosesi xüsusən çətin keçir.
Almaniyada çalışmaq istəyən həmkarlarıma əvvəlcədən alman dilini öyrənməyi tövsiyə edərdim. B2 səviyyəsində alman dili biliyi təsdiqlənməli və ya ən azından alman dilini B1 səviyyəsində bilmək lazımdır. İş təcrübəsi də müsbət qarşılanır.
- Almaniyada azərbaycanlı həkimlər çoxdurmu?
- Az deyil. Mən azərbaycanlıların, o cümlədən rəhbər vəzifələrdə çalışdığı bir çox xəstəxana bilirəm. Məsələn İdar-Oberşteyn şəhərinin kardiologiya şöbəsinin müdiri azərbaycanlıdır. Mənim qardaşım isə Essendəki Universitet klinikasının şöbə müdiridir. Darmştadt və Visbadendə xəstəxanaların şöbələrinə rəhbərlik edən dostlar var.
Rəsmi statistikaya görə, Almaniyada minə yaxın həkim Azərbaycan vətəndaşlarıdır. Bu sadəcə aprobasiyası olanlardır. Müvəqqəti lisenziyası olan və ya Almaniya vətəndaşlığı qəbul etmiş azərbaycanlılar da var, məsələn mən. Lakin burada azərbaycanlı stomatoloqlar çox azdır. Bütün məsələ diplom təsdiqinin çətinliyindədir.
- Almaniyada həkim kimi çalışmağın üstünlükləri nələrdir?
- Əsas üstünlük reqlamentli işdir, daha doğrusu sənin dəqiq iş və növbətçilik qrafikin var. Almaniyada həkim yaşaya, gəzə və gələcəyi üçün yığım etmək imkanı verən yaxşı maaş alır. Burada karyera yüksəlişi imkanı var. Hər şey özündən asılıdır. İş prosesindən tutmuş klinikanın təchizatına qədər hər şey yüksək səviyyədədir. Bundan əlavə burada insanlar bir-birilərinin vaxtına hörmətlə yanaşırlar. Məsələn bizim bir qaydamız var. Əgər pasiyent 15 dəqiqədən artıq gecikibsə, artıq onu qəbul etmirik.
-  Alman stomatoloqların orta gəliri nə qədərdir?
- Stomatoloqların harada çalışa biləcəyindən başlayım. Almaniyada stomatoloji kabineti olan poliklinika yoxdur. Ya universitet klinikası, ya da özəl klinikalar olmalıdır. Ümumi tibb sahəsində əmək haqları müəyyən çərçivə ilə müəyyən olunursa, stomatoloqların qazancı özəl klinikanın sahibinin təklif etdiyi qədərdir.
Təbii ki, gənc həkim aşağı əmək haqqı alacaq, ancaq bu, maksimum bir il çəkəcək. Əgər mütəxəssis özünü göstərsə, maaşı da artacaq. Zamanla hətta klinikaya gətirdiyin gəlirin faizinə də ümid etmək olar. İlk il maaş adətən 2500-3000 avro təşkil edir. Almaniyada həkim-stomatoloqun maaşı onun bacarığından asılıdır. Baza bilikləri hər bir stomatoloqda olmalıdır. Əgər əlavə bacarıqlar varsa, müvafiq olaraq klinikaya daha çox gəlir gətirə və daha çox qazana bilər.
Orta hesabla öz klinikası olmayan, aprobasiyası və təcrübəsi olan həkim-stomatoloq aylıq təxminən 6000-8000 avro qazanır.
- Almaniyada stomatoloqun işinin hansı xüsusiyyətləri var?
- Hər bir stomatoloqun öz vəkili olmalıdır. Mən gün ərzində 30-35 pasiyent qəbul edirəm. Təqvim bir həftə əvvəldən doldurulur. Bakıdan həmkarlarım gün ərzində təxminən 12-15 pasiyent qəbul etdiklərini deyirlər. Burada belə bir rahatlıq yoxdur.
- Təcrübənizdə kuryoz hallar baş veribmi?
- 7-8 il bundan əvvəl Franburqda universitet klinikasında çalışarkən baş verib. Kifayət qədər yaşlı xəstəm vardı. Yaşı 90-dan artıq idi, iki dünya müharibəsini görmüşdü. Bu qədər zəngin həyat təcrübəsi olan insanla söhbət etmək maraqlı idi. Haradan olduğumu soruşdu, Azərbaycan haqqında bildiyini, Qafqaz dağlarının gözəlliyi haqqında eşitdiyini və bizim ölkəmizə gəlmək istədiyini söylədi. Lakin istəsə də gələ bilməyib, geri qayıtmalı olub. Mən ondan bunun nə vaxt baş verdiyini soruşdum. O, isə 1942-ci ildə, yəni Böyük Vətən Müharibəsi illərində olduğunu dedi.
- Almaniyada özəl stomatoloji klinika açmaq üçün nə lazımdır?
- Almaniyada öz klinikanı açmaq tamamilə realdır. Diplomun təsdiqlənməsindən sonra təcrübəli həmkarınızın müşahidəsi ilə iki il çalışmaq, təbii ki, maliyyə də gərəkdir. Klinika açmaq üçün bir neçə yüz min avro lazım gələ bilər.
- Vətən üçün darıxırsınız?
- Əlbəttə, doğma torpaqdır, bütün qohumlarım oradadır. Ən azı ildə bir dəfə Bakıda oluram, ancaq bu il pandemiyaya görə alınmadı. Yeri gəlmişkən Bakıda Almaniyada işləmək arzusunda olan həkimlərin imtahana hazırlığı üzrə kurs aparıram.
Stomatoloq Nəriman Cabbarlı ilə müsahibə: "Almaniyada minə yaxın azərbaycanlı həkim çalışır- Asudə vaxtlarınızı necə keçirirsiniz?
- Dostlarımla görüşürəm, bilyard və ya futbol oynayırıq. Burada gəzmək üçün çox yer var. Boş vaxtlarımda rəsm çəkirəm.
Stomatoloq Nəriman Cabbarlı ilə müsahibə: "Almaniyada minə yaxın azərbaycanlı həkim çalışırStomatoloq Nəriman Cabbarlı ilə müsahibə: "Almaniyada minə yaxın azərbaycanlı həkim çalışırStomatoloq Nəriman Cabbarlı ilə müsahibə: "Almaniyada minə yaxın azərbaycanlı həkim çalışır- Öz gələcək planlarınız barədə danışın.
- Hazırda özəl klinikada muzdlu həkim kimi çalışıram, gələn ildən tamhüquqlu tərəfdaş olacam. Almaniyada klinika sahibi olmağın bir neçə forması var. Ya təkbaşına kiçik klinika sahibi olursan, ya da iki həkim birlikdə klinika açır. Bizdə ikinci variant olacaq. Gələcək böyük klinika açmağı planlaşdırırıq. Mən hətta Azərbaycandan gənc və perspektivli stomatoloqları təcrübə üçün dəvət etmək istəyirəm.
Stomatoloq Nəriman Cabbarlı ilə müsahibə: "Almaniyada minə yaxın azərbaycanlı həkim çalışır

Sosial       Tarix: 07 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri valyuta mezennesi ensonxeberler metbuat