Su koronavirusdan qoruyur? - Oyandıqdan sonra 1 stəkan...

Su koronavirusdan qoruyur? - Oyandıqdan sonra 1 stəkan...Metabolik proseslərin fəaliyyəti, qida maddələrinin lazımi yerlərə çatması və gündəlik tullantı maddələrinin bədəndən xaric olması üçün su mühüm elementdir.
Milli.Az xəbər verir ki, məşhur nefroloq Arzu Akgül gündəlik qəbul edilən suyun yağ toxumasının miqdarına və bədən çəkisinə görə dəyişdiyini açıqlayıb:
"İnsanın çəkisi dəyişməyincə mayenin miqdarı dəyişmir. Yeni doğulmuş körpələrdə bu nisbət 78 faizə qədər yüksəlir. Böyrəklərimizin işləməsi üçün kifayət qədər su içmək çox vacibdir. Su sidik, tər və nəcis vasitəsilə toksinlərin çıxarılmasını təmin edir, bədən temperaturuna və qan qatılığına nəzarət edir. Əgər kifayət qədər maye almırıqsa, toksinlər qanın içində toplanır. Nəticədə böyrək daşları və ya böyrək çatışmazlığı yarana bilər".
Nefroloq bildirib ki, su artıq kalorinin yandırılmasında da mühüm yer tutur. 500 ml su içmək 1,5 saat ərzində enerji istehlakını 30 faiz artırır. Tədqiqatlar göstərir ki, su miqren, baş ağrısı və yoğun bağırsaq xərçənginin yaranması riskini azaldır. Bədəndə su az olduqda ürək-damar xəstəliklərinin dərəcəsi artır. Gecə yatmazdan əvvəl bir stəkan su içmək səhər saatlarında ən çox rast gəlinən infarkt riskini də azaldır.
Koronavirusun qarşısının alınmasında təsirli ola biləcək tədbirlərdən biri də immunitetin güclü olmasıdır. Arzu Akgülün sözlərinə görə, immunitetin gücləndirilməsi üçün balanslı qidalanmaq lazımdır:
"Bol su toksinləri bədəndən təmizləmək və maddələr mübadiləsini stimullaşdırmaq üçün də vacibdir. Gündəlik kifayət qədər su içmək bədəndən toksinləri çıxarmağa, bakteriya və virusları zərərsizləşdirməyə kömək edir. Su şəxsi gigiyenanın əsas qaynağıdır, amma bəzi səhvləri düzəltməkdə fayda var. Sirkəli və ya həddən artıq isti su ilə qarqara etmək ağzın selikli qişasını pozaraq quruluşuna zərər verə bilər. Odur ki, duzlu və ilıq su ilə qarqara edin. Müntəzəm olaraq su içmək vücudumuzun susuz qalmasına mane olur, immuniteti artırmağa kömək edir və virusları mədəyə ötürmür. Yayda ən azı 2-2,5 litr, qışda isə 1,5 litr maye qəbul edin.
Sidiyin rəngi də orqanizmin su balansı haqqında məlumat verir. Sidiyin miqdarı azaldıqca və rəngi tündləşdikcə su içmək lazımdır. Oyandıqdan sonra 1 stəkan su qəbul edin. Xüsusilə məşq edərkən, istidə işləyərkən daha çox maye için". (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 28 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler azerbaycan son xeber bugun cəbhədən canlı son xeberler bu gun