"Sudan ucuz" içki setləri təhlükə saçır? - "Heç 50 qəpik də deyilmiş"

Adətən, yay aylarında kafe və restoranlarda təklif edilən pivə setlərinə artıq demək olar ki, ilin istənilən vaxtı rast gəlmək olur. Tərkibində müxtəlif sayda pivə və bir çox məzələri ehtiva edən belə menyuların qiyməti isə olduqca ucuzdur. Sosial şəbəkələrdə addımbaşı insanların qarşısına çıxan belə setlərə tələb də olduqca yüksəkdir.
Bəs görəsən, aşağı qiymətə təklif olunan içkilərin insan səhhəti üçün hanısısa mənfi təsiri varmı?
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan spirtli içkilər üzrə ekspert, professor Vüqar Mikayılov bildirib ki, Azərbaycanda yerli istehsal spirtli içkilər olduqca keyfiyyətlidir:
"Azərbaycanda ən təmiz və keyfiyyətli məhsul məhz elə alkoqollu içkilərdir. Bizim ölkənin dünya standartlarına cavab verən yeganə məhsulu şərab, vodka, konyak və viskisidir. Ona görə də bu sadalanan məhsulların hamısını xaricə istehal edə bilir. Şərabın keyfiyyətinə görə Azərbaycan şərabı nəinki Gürcüstan, hətta Fransa şərabları ilə rəqabətə girməyə qadirdir. Set məsələsinə gəlincə, bu marketinq siyasətidir. Kafe və restoranlar daha çox pivə satmaq və müştərilərin daimi gediş-gəlişini təmin etmək üçün sərfəli qiymətə içki setləri və menyuları hazırlayır. Bu təkcə içkilərlə bağlı yox bir çox satış məhsulları və yeməklərlə bağlı da edilir".
Vüqar Mikayılov qeyd edib ki, əslində, pivənin set formasında satışı kafe və restoranlara qazanc baxımından olduqca sərfəlidir:
"Reallığa qalsa, 1 kiloqram arpadan 5-6 litr pivə çıxır. 1 kiloqram arpa isə maksimum 1 manatdır. Belə çıxır ki, 1 litr pivənin maya dəyəri heç 50 qəpik deyil. Ən çox tələb görən içki də məhz pivədir. Bu sahədə rəqabət də çoxdur. Ona görə də, kafelər və restoranlar daha çox pivə satmaq üçün cəlbedici kampaniyalar hazırlayır. İçkinin yanında müxtəlif məzələr də qoyaraq, setin tərkibini daha da artırır. Bu o demək deyil ki, setlərdə təklif olunan içkilər keyfiyyətsizdir. Setlər sadəcə müştəri cəlb etmək üçündür. Kafe sahibi bilir ki, nə qədər çox pivə satsa o qədər çox pul qazanacaq. Pivə ucuzdur, gəliri isə çoxdur. Pivə satışı obyektlərə yüksək qazanc gətirir".

Sağlamlıq       Tarix: 04 dekabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gune olan xeberler cəbhədən xəbər enson xeberler kriminal bugun